Müraciyyət göndər

120 azn-dan

Ağ Saray şadlıq sarayını xarici görkəmi artıq onun daxili görünüşünün necə möhtəşəm olacağından xəbər verir. Sarayın gecə görüntüsü digərlərindən tamamilə fərqlənir. Beləki bir göz qırpımında bu sarayın rəngi çəhrayi rəngdən, yaşıla, daha sonra isə sarı və nəhayət adına layiq ağ rəngdə Sizin qarşınızda durur və bu rəng dəyişməsinə baxmaq belə insanda xoş təəssüratlar və bayram əhval ruhiyyəsi yaradır.

Sarayın daxili görünüşü xarici ilə həm ahəngliyini saxlayır və zadəganlara layiq dizayn burada da öz davamını tapır. İlk addından belə anlayacaqsınız ki, onun tikintisinə qənaət prinsipindən deyil, əksinə hər bir materialın ən yaxşısı əldə əsas tutularaq yaradılmışdır. Ona görə də Sarayın içərisində siz özünüzü möhtəşəm fərqli bir dünyada hiss edəcək və buranı tərk etmək istəməyəcəksiniz. Burada təklif edilən Avropa və Azəri mətbəxinin yeməkləri Sizləri öz görüntüsü və dadı ilə təəccübləndirəcək. Əvvəllər yediyiniz təamlara fərqli bir dad qataraq, özünəməxsus bir rəng qatacaq.

MENYU QIYMƏTİ: 120-150 azn

 

Ünvan: AZ1000 Bakı, Nizami rayonu, 8-ci km. Qəsəbəsi, V. Çobanzadə
+994 12 577 37 73