Almaz Ələsgərli

Almaz Ələsgərli — Azərbaycan müğənnisi və aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2007). Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası.

Almaz Ələsgərli 6 oktyabr 1966-ci ildə Bakı şəhərində anadan olub.
1985 – 1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Musiqili komediya aktyoru» fakültəsində təhsil almışdır. Sonralar o, R.Behbudov adına Mahnı Teatrında və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmışdır və 2016-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Teatra qayıdıb. Hal-hazırda müğənnilik fəaliyyəti ilə yanaşı aktrisalığ ilə məşğuldu.

1985-ci ildə A.Ələsgərova «Bakı payızı-85» estrada artistləri müsabiqəsinin diplomantı adına layiq görülmüş, 1988-ci ildə «Bakı payızı-88» estrada artistləri müsabiqəsinin laureatı olmuşdur.
1999-cu ildə o, Qırğızıstanın Oş şəhərində keçirilən «Oştun azem tündörü» festivalının qalibi olmuşdur.
2000-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə «Yaxşıların yaxşısı-2000» müstəqil musiqi mükafatı olan «İlin ən yaxşı qadın müğənnisi» adına layiq görülmüşdür.
2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti adını almışdır.

Müğənni Almaz Ələsgərli – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN