Müraciyyət göndər

Qiymət sifarişlə

Azad Şabanov (d. 3 yanvar 1991, Bakı, Azərbaycan) — Azərbaycanlı müğənni, aparıcı, model. Yeni Ulduz-7 yarışmasının ikinci yer sahibi, 2010 Avroviziya Mahnı Müsabiqəsində milli seçimin yarımfinalçısı, ATV CLUB verilişinin aparıcısı.

Azad Şabanov 1991-ci ildə Bakı şəhərində anadan olmuşdu. 2001-ci ildən musiqi ilə məşğul olmağa başlamışdı. 2003-cü ildə “Pöhrə- 2003”, sehrli Aləm cəmiyyəti tərəfindən keçirilən respublika ümümtəhsil məktəblərin bədii özfəaliyyət kollektivlərin iştrakı ilə keçirilən müsabiqədə qalib adını qazanıb.

2003-2006 illərdə H.Əliyev adına sarayın “Qaranquş” uşaq-vokal qruppunun solisti olub.

2003-cü ildə “Qızıl açar-2003” mahnı festivalının, 2006-cı ildə Moskva şəhərində keçirilən “C любовью к России”, 2007-ci ildə “Artıran söz qədrini, sidq ilə qədrin artırar” festivalının qalibi.

2008-ci ildə Moldovanın Kişinev şəhərində keçirilən “Song of the World” festivalında laureat adına və FİDOF-un xusüsi diplomuna layiq görülüb.

2008-ci ildə V. Mustafazadə adına 2 saylı incəsənət və musiqi məktəbinin vokal sinfini və milli qəhrəman Tofiq Həsənov adıns 23 saylı məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə estrada mügənnisi fakultəsinə, Vaqif Gərayzadənin sinifinə qəbul olub. Hal hazırda 3 kurs tələbəsidir.

2008 və 2009 illər ərzində Bakı şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən Gənclər siyasətində və Gənclərə dəstək etdiyinə görə diplomla təltif olunmuşdur.

 

Çıxış şərtləri və qiymətləri

(Toy məclisləri)

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
bütün toy  (1 müğənni  + 6 nəfər canlı ansambl + 1 səs rejissoru və apparatura) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.

Məlumat

[instagram-feed id=”718289269″ num=12 col=3]

Şərhlər

Hələdə şərh yazılmayib

Оставить комментарий
Be the first to review “Azad Şabanov”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

очиститьОтправить