Müraciyyət göndər

120 azn-dan

Nəhayət ki, açılış baş tutdu: noyabrın 6-da Böyük Saray elit restoranının möhtəşəm açılış mərasimi oldu. Restoran rəhbərliyi açılış mərasimində iştirak edən qonaqlara, əvvəlcədən söz verildiyi kimi, unudulmaz bir gecə yaşatmış oldu. Sözsüz ki, gecənin əsas bəzəyi türk səhnəsinin ulduzu Sibel Can idi. Noyabrın 6-sı səhər-səhər Bakıya təşrif buyuran sənətçi İnstagram səhifəsindəki minlərlə izləyicisini yerləşdiyi otelin eyvanından çəkdiyi Dənizkənarı bulvarın gözəl görüntüləriylə həyəcanlandırmış oldu. Görüntülərə gözəl sənətçi Ələkbər Tağıyevin musiqisini əlavə etmişdi. Ulduzun konsertinə bilet almış, sadəcə, 1000 şanslı izləyici isə onun Bakıya gəlişinin əsl səbəbini bilirdi. Konsert böyük bir uğurla baş tutdu.

Möhtəşəm səhnə, iri zalın akustikasının köməyilə müğənni sənətkarlığını bir daha sübut etmiş oldu. Sibel Can özünün İkisaatlıq fasiləsiz ifasına yalnız onu sevən dinləyiciləriylə ünsiyyət üçün ara verirdi. Onu da qeyd edək ki, restoranın açılış mərasimi həm gözəl konsert, həm də unudulmaz teatralizə edilmiş quruluşla yadda qaldı. Mərasim, doğrudan da, krallara layiq idi. Foyedə qonaqları Yuliy Sezar, Makedoniyalı İskəndər, Teymurləng, Kleopatra, Birinci Pyotr, İngiltərə kraliçası Yelizaveta qarşılayırdı. Mumdan hazırlanmış figurlar orijinallarına bənzərliyilə insanları valeh edirdi. Bütün bunları isə orta əsr saray libaslarında olan musiqiçilər, təlxəklər və janqlyorlar tamamlayırdı. Burada həm də konserti açmış olan milli rəqsimizin gözəl ifaçıları da var idi. Müğənni ifasını tamamladıqdan sonra restoran rəhbərliyi ona minnətdarlığını bildirərək, böyük bir çiçək səbəti təqdim etmiş oldu. Sonra isə möhtəşəm Böyük Saray restoranının açılışı elan olundu.

 

MENYU QIYMƏTİ: 120-150 azn

 

Ünvan: AZ1000 Bakı, Nizami rayonu, 8-ci km. Mikayıl Əliyev küçəsi 20/41
+994 (050) 991-11-11
+994 (077) 761-11-11

 

Məlumat

BÖYÜK SARAY İNCƏ ZÖVQ MƏKANI

“Böyük Saray” yeni texnologiyalar sayəsində tikilmiş, klassik təmtərağın günümüzdə olan yeni canlanmasıdır. Onu tam əminliklə dövrün tələblərinə uyğun texnika ilə təchiz edilmiş və böyük səhnə ilə təchiz edilmiş incəsənət əsəri adlandırmaq olar. 2000 nəfəri eyni anda qəbul edəcək möhtəşəm zalımızda tədbirlərinizin bənzərsiz olacağına “Böyük Saray” zəmanət veirir. Bizim üstünlüklərimiz: – Furşet xəttinin fərdi dizaynı, hər tədbirə uyğun fərqli masa dekoru – Furşet zamanı yeməklərin dövrün yeniliklərinə uyğun təqdimatı (karvinq, flambe, qril, ofisiantların düzülüşü, şokolad fəvvarələri və s.) – Hər mövsümə uyğun xüsusi və fərdi təkliflər, – Zalın peşəkar dekorator tərəfindən bəzədilmə imkanı, – Müştərilər üçün dequstasiyanın təşkili, – Büdcənizdən asılı olmayaraq yüksək səviyyəli xidmət.

 

TOY VƏ NİŞAN

“Böyük Saray” texniki, yaradıcılıq və xidmət baxımından maksimal dərəcədə müştəri məmnuniyyətinə əsaslanır. Məhz bu səbəbdən siz həyatınızın ən xoşbəxt və unudlmaz günü olan toyunuzu könül rahatlığı ilə “Böyük Saray”-da qeyd edə bilərsiniz. Biz qonaqpərvərlik adətlərimizin ən yaxşı nümunələrini müştərilərimizə qürurla təqdim edirik . 2000 qonağa qüsursuz xidmət və məmnunluq bəxş edən “Böyük Saray” Azərbaycan toy şənlkləri aləmində yeni imkanlar yaradan ilk belə məkandır. Nəfis mətbəx, yüksək xidmətlə birgə biz toylarınızın daha fərqli və bənzərsiz olması üçün yüksək peşəkarlığa malik dekorator və dizaynerləri cəlb edir, Türkiyə, Avropa və bütövlükdə dünya estrada ulduzlarının iştirakını təmin edə bilir, bir sözlə, toyunuzu yalnız sizin deyil, qonaqlarınızın da yaddaşlarında həkk olunmasına təminat veririk. Biz sizlər üçün sarayların ən böyüyünü və möhtəşəmini yarada bildiyimiz üçün qürur duyur, dünyada tayı-bərabəri olmayan “Böyük Saray”-da qayğıyla əhatə etməyi vəd edirik. Toyunuz mübarək!

 

KONSERTLƏR

“Böyük Saray” sadəcə toy şənlikləri ilə deyil möhtəşəm konsertləriylə də ürəklərdə iz qoyacaq. Azərbaycan, Türkiyə, Rusiya, Avropa və Amerikanın ən mötəbər ulduzlarının konsertindən zövq almaq, fantastik musiqi həzzi yaşamaq istəyirsinizsə, bizim yeniliklərimizi izləyin. Biz peşəkar konsert təşkilatçıları ilə də çalışmağa tam hazırıq. Əziz, təşkilatçılar və ifaçılar, indi paytaxtımızda konsertin yeni ünvanı var! “Böyük Saray”-da unudulmaz konsertlərlə yolunuzu gözləyirik!

 

KORPORATİV TƏDBİRLƏR

“Böyük Saray” – müasir texniki bazaya malik nadir məkanlardan biridir. Ən tələbkar və incə zövqləri razı sala biləcək mətbəxi, kübar daxili və xarici dizaynı, yüksək xidməti və peşəkar təşkilatçılığı ilə seçilən bu unikal məkanda siz həm işgüzar tədbirlərinizi, həm də korporativ şənliklərinizi rahatlıqla keçirə bilərsiniz.

 

FOTO VƏ VİDEO ÇƏKİLİŞ

Əlamətdar günlərinizin yaddaşlarınızda xoş xatirələrə çevrilməsini təmin etmək üçün “Böyük Saray”-da xüsusi çəkiliş qrupu fəaliyyət göstərir. Peşəkar foto və video çəkiliş xidmətimiz zövqünüzü oxşayacaq çəkilişlər həyata keçirmək məqsədilə xidmətinizdədir. Şənliklər və tədbirlərinizin yüksək video formatda- rəqəmsal FULL HD formatında çəkilməsi, hazırlanmış rənagarəng təqdimatda Blu Ray disklərdə təslim edilməsi bizim üçün bir standartdır. Bizim üstünlüklərimiz: – Furşet xəttinin fərdi dizaynı, hər tədbirə uyğun fərqli masa dekoru – Furşet zamanı yeməklərin dövrün yeniliklərinə uyğun təqdimatı (karvinq, flambe, qril, ofisiantların düzülüşü, şokolad fəvvarələri və s.) – Hər mövsümə uyğun xüsusi və fərdi təkliflər, – Zalın peşəkar dekorator tərəfindən bəzədilmə imkanı, – Müştərilər üçün dequstasiyanın təşkili, – Büdcənizdən asılı olmayaraq yüksək səviyyəli xidmət.

 

DƏFİLƏ VƏ TƏQDİMATLAR

“Böyük Saray” Sizə hər növ təqdimatları ən yüksək səviyyədə keçirmək imkanı yaradır. Bu təqdimatlar arasında moda nümayişlərinin də öz yeri var. Bakı artıq məşhur modelyerlərin diqqət mərkəzindədir. “Böyük Saray” isə Bakılılara bu nümayişləri yükəsk səviyyədə yaşatmaq şansı verir. Dəfilə və dəb təqdimatlarının keçirilməsi üçün peşəkar mütəxəssilərin rəyi ilə Azərbaycandakı ən böyük zalın dizaynı həyata keçirilir, sifarişçinin zövq və tələblərinə uyğun bütün müasir texniki resurslar işə cəlb olunur.

 

DİZAYN VƏ TƏRTİBAT İŞLƏRİ

Dizayn, tərtibat və dekorasiya işləri “Böyük Saray”-ın peşəkar kollektivinin sifarişçilərə olan sevgi və diqqətinin təzahürüdür. Həyatınızın ən dəyərli, günlərində seçdiyiniz məkanı bənzərsiz dizayn etdirərək məclisə daha gözəl abu-hava bəxş edə bilmək üçün biz bütün qüvvəmizi səfərbər edirik. Ölkəmizin ən peşəkar dizayn qruplarından birinə malik “Böyük Saray” xüsusi tərtibatla hər kəsi təəccübləndirəcəkdir. Bizdə tərtibat və dizaynın, ideya və orijinallığın həddi yoxdur!