Müraciyyət göndər

500 azn-dan

“Cahan qrupu” gənclərdən ibarət musiqi qrupudur.
Üslub: Klassik estrada.
“Cahan qrupu” 2010 cu ilin Oktyabır ayında dövlət qeydiyyatına alınıb. Qrupun 3 üzvü var. Qrup klassik estrada janrında ifa edir. İlk dəfə media qarşısına 2011 ci ilin may ayında musiqisi və aranjemanı Cavid Cavadoğluna, sözləri Mehman Əhmədliyə aid olan “Yenə gəl” adlı mahnısına çəkdirdiyi kliplə olub. Qrup 3 mahnısına, musiqisi və aranjemanı Cavid Cavadoğluna, sözləri Mehman Əhmədliyə aid olan“Yenə gəl” , sözləri Leyli xanıma musiqisi Cahan qrupuna aid olan “Günlərim aylarım” və musiqisi Cabbar Musayevə sözləri Şahin Nəcəfova aid olan “Şəmkir”mahnısına  klip çəkdirib və 11 mahnı yazdırıb. Onlardan sözləri və musiqisi Rəhim Rəhimliyə aid olan “Sevirəm inan”, musiqisi Emin Sabitoğluya sözləri İbrahim Kəbirliyə aid olan “Gözəldir”, musiqisi Emin Sabitoğlu sözləri Cahan qrupuna aid olan”Toy olacaqdır”, sözləri Tahir  Məhərrəmliyə musiqisi Cahan qrupuna aid olan “HEYİF”, sözləri Tahir Məhərrəmliyə musiqisi Cahan qrupuna aid olan “Ağlayan sevgi”, sözləri və musiqisi Aşıq Bilala aid olan “Nazı yandırdı” və sözləri və musiqisi Aşıq Əhlimana  aid olan “Ucar”adlı mahnılardır.
İlk duet Aşıq Əhlimanla “Ucar “ adlı mahnıya 2012-ci ildə olub.

Solistlər

Qrup üzvülərinin səs imkanları: Cahid Əlibəyov Lirik – tenor, Arzuxan Gözəlov – Şanson, Dadaş Tarverdiyev – tenor

Diplomlar

  • Ədliyyə Nazirliyinin Penitensiar  xidməti tərəfindən “Diplom”
  • Lider televiziyasının ”Zirvədəkilər” mükafatı
  • Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi-“Bakı Gecələri” musiqi festivalı mükafatı
  • 2014 cü ildə keçirilən “İlin ən yaxşı qrupu” mükafatı
  • Yeni Azərbaycan Partiyasının təqdim etdiyi “Diplom”
  • ”Şöhrət diplomu”
  • 2013 cü ilin “Number one” kişi qrupu
  • Azərbaycan bayrağı” Diplomu
  • İrəli ictimai Birliyinin “Diplomu”
  • Daxili İşlər Nazirliyinin “Fəxri fərmanı”
  • Qafqaz Universitetinin “Fəxri fərmanı”

Çıxış şərtləri və qiymətləri
(banket tipli tədbirlər ve toy məclisləri)

30 dəqiqə  (3 nəfər – trio) – 500 azn.
1 saat  (3 nəfər – trio) – sifarişlə
bütün toy  (3 nəfər – trio + 1 xanım müğənni + 6 nəfər canlı ansambl + 1 səs rejissoru və apparatura) – sifarişlə
bütün banket məclisi – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.

Şərhlər

Hələdə şərh yazılmayib

Оставить комментарий
Be the first to review “Cahan qrupu – trio”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

очиститьОтправить