Müraciyyət göndər

Qiymət sifarişlə

Məmmədov Elnur Rafiq oğlu, 1982-ci ildə oktyabrın 24-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 1988-ci ildə Bakı şəhəri, Biləcəri qəsəbəsi 2 saylı orta məktəbin 1-ci sinfinə qəbul olmuşam. 1992-ci ildən 18 saylı musiqi məktəbinə, məşhur xanəndə Əlibaba Məmmədovun sinfinə getmişəm. Xüsusi musiqi istedadım özünü erkən biruzə verdiyindən həmin ildən Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” uşaq xorunda çıxış etmişəm. 1993-cü ildə uşaq flarmoniyasında tanınmış xanəndə Zabit Nəbizadənin sinfində musiqi təhsilimi davam etdirmişəm. Bu illər ərzində dəfələrlə ölkə televiziya və radiolarında müxtəlif səpkili mahnıları ifa etmiş və perspektivli gənc ifaçı kimi diqqət mərkəzində olmuşam

Məlumat

Məmmədov Elnur Rafiq oğlu, 1982-ci ildə oktyabrın 24-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 1988-ci ildə Bakı şəhəri, Biləcəri qəsəbəsi 2 saylı orta məktəbin 1-ci sinfinə qəbul olmuşam. 1992-ci ildən 18 saylı musiqi məktəbinə, məşhur xanəndə Əlibaba Məmmədovun sinfinə getmişəm. Xüsusi musiqi istedadım özünü erkən biruzə verdiyindən həmin ildən Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” uşaq xorunda çıxış etmişəm. 1993-cü ildə uşaq flarmoniyasında tanınmış xanəndə Zabit Nəbizadənin sinfində musiqi təhsilimi davam etdirmişəm. Bu illər ərzində dəfələrlə ölkə televiziya və radiolarında müxtəlif səpkili mahnıları ifa etmiş və perspektivli gənc ifaçı kimi diqqət mərkəzində olmuşam. 1994-cü ildə “Qönçə – 94” müsabiqəsində xanəndə kimi birinci yerə layiq görülərək, laureat adını almışam. Həmin ildə UNESCO-nun Beynəlxalq Uşaq günü ilə bağlı keçirdiyi telemarafonda İFAM ümummilli Lider Heydər Əliyev tərəfindən xüsusi bəyənilmiş və o mənim gələcək sənət fəaliyyətimlə bağlı olduqca dəyərli fikirlərini bölüşmüşdür. 1999-cu ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakÜltəsinə daxil olmuşam. 2003-cü ildən etibarən səs tellərimdə yaranmış müvəqqəti problemlər üzündən ara verdiyim yaradıcı fəaliyyətimi bərpa etmişəm. Universitetdə təhsil aldığım müddətdə ictimai fəallığımı nəzərə alaraq, Ali təhsil diplomuna şəxsən Təhsil naziri Misir Mərdanov tərəfindən xüsusi təqdimat formasında layiq görülmüşəm. 2003-cü ildən Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin doğum günündə qrup daxilində ilk konsert proqramı ilə çıxış etmişəm. Daha sonra “Yaşıl teatr”da “Belə olarmı” adlı solo konsert layihəm reallaşıb. Daha sonra Azərbaycanın bir sıra regionlarında konsert proqramları ilə çıxış etmişəm. Xeyriyyə tədbirlərində aktiv iştirakıma görə bir sıra nüfuzlu mükafatlara layiq görülmüşəm. “İlin müğənnisi” və “İlin xiti” Milli Mükafatlarının qalibiyəm. İndiyə qədər 7 mahnı albomum işıq üzü görüb, 200-den cox mahnını səhnə həyatına qovuşdurmuşam. İyirmiyə yaxın klipim dəfələrlə televiziya və radioda xit – paradlarının qalibi olub. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən dövlət tədbirlərində aktiv iştirak etmişəm. Habelə, xaricdə Azərbaycan nümayəndə heyyətinin tərkibində ölkəmizi layiqincə təmsil etmişəm. Hazırda “Azərbaycanın 7 incisi” solo layihəsi çərçivəsində 7 xalq mahnımızın (“Sarı gəli”, “Reyhan” və s.) müasir etno-caz aranjimanında hazırlanması üzərində işləyirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və “Heydər Əliyev Fondu”nun sədri, Millət Vəkili Mehriban xanım Əliyevanın əzmkarlığı və təşəbbüskarlığı sayəsində ölkəmizə mədəniyyətin və incəsənətin inkişafına göstərilən böyük dəstək və qayğıdan ruhlanaraq, yaradıcılığımı və gələcək səhnə fəaliyyətimi Azərbaycanın mədəni dəyərlərinin qorunması, təbliğ olunması və inkişafı yönümündə qurmaq niyyətindəyəm.

Şərhlər

Hələdə şərh yazılmayib

Оставить комментарий
Be the first to review “Elnur Məmmədov”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

очиститьОтправить