Müraciyyət göndər

Qiymət sifarişlə

İnnabı – Azərbaycanin məşhur qədim qadın rəqslərindən biri.
İnnabı bir rəqs forması kimi varlı və zadəgan qadınların evində meydana gəlmişdir. Bu rəqsin əşyaları kəlağayı, alına taxılan qızıl pullar, habelə kəhrəba, mirvari və qızıl boyunbağları sayılır.
Belə bir fərziyə vardır ki, İnnabı rəqsini bakılı tarzən çox istedadlı xalq musiqiçisi Tati yaratmışdır. Əslidə isə XlX əsrin əvvəlində yaranmış bu qədim xalq rəqsini Tati sadəcə olaraq təqribən 1902-ci illərdə işləyib hazırlamışdır.
Xüsusən tar, kamança və nağaranın muşayiəti ilə bu zərif rəqs son dərəcə melodikdir. Rəqs əsasən utana-utana, üzlərini gizlədərək incə süzgün hərəkətlər düzümü əsasında qurulub. Hərəkətlər müxtəlif istiqamətlərdə həm dövrə, həm da düz xətt boyunca cərəyan edir.
Bu rəqs uzun illər Ayərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansanbılının repertuarında dəfələrlə ifa olunub. Hətta gözəl xanəndəmiz Murtuza Məmmədov (Bülbül) İnnabı melodiyasına bayatılar əlavə edib onu mahnı kimi oxumuşdur.

 

Vağzalı rəqsi əsasən toy, nişan, xına yaxdı mərasimlərində sifariş olunur. Rəqs qrup şəklində yalnız qız rəqqasələr tərəfindən ifa olunur.

Sifariş üçün əlaqə nömrəmiz – +994 50 6627890

 

Məlumat