Müraciyyət göndər

Qiymət sifarişlə

Manana Caparidze 1978-ci il dekabrın 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olub. İlk dəfə səhnəyə 5 yaşında çıxıb. Gürcüstanda populyar olan “Toliya” və “Çiora ” uşaq kollektivlərinin solisti kimi çıxış edib. Orta məktəblə paralel vokal sinifi üzrə Tbilisi İncəsənət Gimnaziyasını bitirib.

1995-2000-ci illərdə Almaniya Müasir İncəsənət, Caz və Şou-biznes Akademiyasının Tbilisi filialının vokal şöbəsində təhsil alıb. 1996-cı ildə Gürcüstanın Borjomi şəhərində keçirilən “Büllur şam ağacı” gənc ifaçılar müsabiqəsinin qalibi, 1997-ci ildə Moskvada “Büllur not” beynəlxalq gənc ifaçılar müsabiqəsinin laureatı olub.

1998-ci ilin axırında Manana Bakıya gəlib. Burda onun müğənnilik fəaliyyəti başlayır. 2000-ci ilin əvvəlində Manananın “Sənə verdim ürəyimi” adlı ilk albomu işığ üzü görür. Manana azərbaycanca, rusca, gürcücə, ingilisçə mahnılar ifa edir.

1999-cu ildə Alma-Atada “Asiyanın Səsi” festivalında “Qran-pri”yə layiq görülüb. Həmin il Ukraynada “Slavyanskiy bazar” festivalının qalibi olub. Praqada keçirilən “UNIVERSTALENT – 2000” festivalının laureatı, 2000-ci ildə Şanxayda keçirilən “GOLDEN VOICE OF ASIA” müsabiqəsinin “Qran-pri” sahibi seçilib. 2001-ci il Moskvada “Şire kruq” televiziya musiqi müsabiqəsinin qalibi olub.

Manana Azərbaycanda iki dəfə solo-konsert verib. Birinci konsert 2000-ci ilin mart ayında, Heydər Əliyev adına sarayda keçirilib, ikinci konsert isə 2002-ci ildə, “Səhriyar” adına konsert salonunda olub. Manana bir neçə Avropa ölkələrindədə konsert programmı ilə çıxış edib. 2004-cü ildə Manananın rəsmi saytı açılib – www.manana.ws.

Müğənni 2008-ci ilin əvvəlində ailə həyatı qurdu və noyabrın 10-da qız uşağını dünyaya gətirdi.

Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb. (2009)

Şərhlər

Hələdə şərh yazılmayib

Оставить комментарий
Be the first to review “Manana”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

очиститьОтправить