Müraciyyət göndər

10 azn-dan

Megafun uşaq əyləncə mərkəzi – Azərbaycan paytaxtının mərkəzində ümüumi sahəsi15 089 kv.m olan, Avropada ən nəhəng ailəvi əyləncə mərkəzi fəaliyyətə başladı. Burada 206 növ müxtəlif atraksionlar, oyun zalları, müxtəlif yaş kateqoriyaları üçün əyləncələr mövcuddur. Mərkəzin böyük ərazisi müxtəlif oyun “coğrafi” zonalara bölünüb.
“Tokio” oyun zalında (7000 kv.m ərazi) dünyada ən çox ultramüasir Sega oyun avtomatları təqdim edilib və bu Megafun əyləncə mərkəzinin yalnız bir hissəsidir.
4 ədəd 300 nəfərlik böyük və 2 ədəd 150 nəfərlik kiçik zaldan ibarət, 4 550 kv.m sahəni əhatə edən peşakar kinoteatr fəaliyyət göstərir. Yüksək keyfiyyətli avadanlıq, yüksək səs, geniş, üçölçülü ekran, rahat oturacaqlar -bütün bunlar bura gələn hər kəsin ürəyincə olacaq. Bundan başqa Megafun-da hər birində 8 yer olan iki 4D kinoteatr, hər birində 24 yer olan 5D kinoteatr mövcuddur.
16 zolaqlı boulinqi olan “London” zonası (1590) və sürüşmək üçün katok olan “Moskva” zonası (1031 kv.m) aktiv istirahət sevərlərin ürəyincə olacaq. Həmçinin “Ştutqar” avtodromunda gəzmək (avtomobilda) və ya “Venesiya”da orijinal qayıqda üzmək olar. Bütün qorxusuz qonaqları MEGAFUN-da Kosmosa uçuş, qorxu tunelinə səyahət gözləyir.
Megafun’nın balaca qonaqları üçün karusellər, müxtəlif oyunlar, “Paris” zonasının (576 kv.m ) xüsusi otaqları, hətta “Cəngəllik” var.
Megafun -bura ailəvi istirahət üçün ən yaxşı məkandır! zonasının (576 kv.m )

Megafun Əyləncə Mərkəzi həftə içi günlər saat 14:00-dan 23:00-dək, şənbə və bazar günləri(bayram ve gayri is gunleri) isə saat 11:00-dan 23:00-dək fəaliyyət göstərir.
Megafun Əyləncə Mərkəzinə giriş ödənişsizdir.
Atraksion və əyləncə vasitələrindən istifadə etmək üçün 2 növ kartımız mövcuddur: Zaman və Balans kartı.

Azərbycan, Bakı, Nobel prospekti 15, AZ 1025.
(+ 994 12) 922