Müraciyyət göndər

Qiymət sifarişlə

Mirzəyi – Azərbaycanın qədim rəqslərindən biri.
Adından məlum olduğu kimi qarabağlı Ney ustası Mirzə tərəfindən təqribən 1860-1870-ci illərdə yaradılıb. Bir əsrdən də artıq vaxt keçməsinə baxmayaraq bu rəqs hələ də öz təravətini itirməmişdir. Xalq arasında tanınan məşhur rəqqasların repertuarlarında bu rəqs daim öz layiqli yerini almışdır. Mirzəyi rəqsi həm qadınlar, həm də kişilər tərəfindən ifa edilir. Müəllifi rəqsin melodiyasını Ney alətində yaratsa da tar və kamança ifasında da gözəl səslənir.

 

Mirzəyi rəqsi əsasən toy, nişan, xına yaxdı mərasimlərində sifariş olunur. Rəqs qrup şəklində qadın və kişi rəqqasları tərəfindən ifa olunur.

Sifariş üçün əlaqə nömrəmiz – +994 50 6627890

 

Məlumat