Müraciyyət göndər

Qiymət sifarişlə

Nadir Qafarzadə 11 fevral 1971-ci ildə Azərbaycanın Şabran rayonunda anadan olmuşdur. Ailəlidir 2 oğlu var.

Musiqi təhsillidir, Asəf Zeynallı adına Musiqi Kollecini “Opera” müğənnisi və musiqi müəllimi ixtisası üzrə bitirmişdir.

1989-cu ildə Rusiyanın Murmansk Vilayətində həqiqi hərbi xidmətdə olmuşdur. Orta məktəbdə oxuduğu müddət ərzində musiqi ilə də məşğul olmuşdur. Belə ki, Azərbaycan Dövlət Tele-Radio Şirkətinin “Qırmızı Qərənfil” məktəblilər ansamblında solist kimi fəaliyyət göstərmişdir. Bir çox musiqi müsaqibələrinin və mahnı festivallarının qalibi olmuşdur, bunlardan: “Qızıl Buta”, “Grand” (2 dəfə), “İllin mahnısı”, “İlin müğənnisi” və “İlin klipi” kimi mükafatları göstərmək olar.

2006-cı ildə Yalta şəhərində keçirilən Beynəlxalq Mahnı Festivalında Azərbaycanı təmsil etmişdir. Həmin ildə Rusiya Federasiyasının Müstəqillik gününə həsr olunmuş və Rusiyanın NTV kanalı ilə yayımlanan konsertində Azərbaycanı təmsil edərək çıxış etmişdir. 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin “Hər şey Qarabağ üçün” devizi altında keçirdiyi marafona Könüllü qatılaraq Ağdam rayonunun cəbhə bölgələrində əsgərlər qarşısında konsert proqramı ilə çıxış etmişdir.

Şərhlər

Hələdə şərh yazılmayib

Оставить комментарий
Be the first to review “Nadir Qafarzadə”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

очиститьОтправить