Müraciyyət göndər

Qiymət sifarişlə

Namiq Qaraçuxurlu (8 noyabr 1982, Bakı) — azərbaycanlı meyxanaçı, müğənni.

Namiq Qaraçuxurlu 8 noyabr 1982-də Qaraçuxur qəsəbəsində anadan olmuş, elə həmən qəsəbədə 104 nömrəli orta məktəbi bitirmişdir.

İlk meyxanasını 1993-cü ildə deyən meyxanaçı sonralar müəyyən səbəblərdən bir neçə il sənətinə fasilə vermişdir.

1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub, laureat olmuşdur. Fəaliyyəti ilə o gündən mütəmadi məşğul olan meyxanaçının 1999-cu ildə ilk kaseti işıq üzü görüb.

2001-ci ildə “And içmişdik” adlı albomu çıxandan sonra meyxanaçının və meyxana sənətinin həyatında böyük rol oynayan “Rəvayət” klipi çəkilib. Klipinin təqdimatı bir vaxtlar meyxanaçının laureat olduğu Şəhriyar adına mədəniyyət sarayında konsert şəklində keçirilmişdir. Azərbaycanın müxtəlif bölgələrində konsert verən meyxanaçı 7400 nəfərlik tamaşaçı tutumu olan “Şəfa” stadionunda solo konsert vermişdir. Mütəmadi olaraq Hollandiya, Almaniya, İran və Rusiyanın bir çox şəhərlərində və o cümlədən paytaxt Moskvada konsert vermişdir.

Uzun müddət Aygün Kazımova ilə duet oxumuşdur.

Şərhlər

Hələdə şərh yazılmayib

Оставить комментарий
Be the first to review “Namiq Qaraçuxurlu”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

очиститьОтправить