Müraciyyət göndər

Qiymət sifarişlə

Allahverdiyeva Samirə 1977-cu ilin avqustun 25-də anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin aktyorluq fakultəsini bitirmişdir. 1992-ci ildə ilk dəfə 7-17 yarışmasında iştirak etmişdir. 1994-cü ildə isə professional səhnəyə Vaqif Gərayzadənin dəstəyi ilə çıxmışdır. 2002-ci ildə “Qayıtdı Xəyallar” adlı ilk albomu işıq üzü görmüşdür. Və çox böyük uğur qazanmışdır. Eyni adlı mahnı ilə Elşad Xose ilə dueti dinləyicilər tərəfindən çox rəğbətlə qarşılanmışdır. İlk klipi də 2002-ci ildə “Səni tapdım” adlı mahnıya çəkilmişdir. Evlidir. İki övladı var.