Müraciyyət göndər

Qiymət sifarişlə

Şəbnəm Əsədova (Tovuzlu)  19 Dekabr 1984 cü ildə Azərbaycanın dilbər güşələrindən biri olan Tovuz şəhərində dünyaya gəlib. Ş.Əsədova Tovuz mahalının sevilən aşıqlarından olmuş aşıq Səmədin nəvəsidir. Uşaq yaşlarından musiqiyə böyük həvəsi ilə seçilən Ş.Əsədova, sözügedən şəhərdə 85 saylı musiqi məktəbinin məzunu olub. 2006-cı ildən peşəkar müğənni kimi səhnəyə çıxan Şəbnəm “Sevənlər ölməz” və “Bəxt üzüyü” mahnıları ilə özünü geniş dinləyici auditoriyasına tanıdıb. Yaradıcılığı boyunca 3 albomunu sevənlərinə təqdim edən müğənninin 4 mahnısına klip çəkilib.
2016-cı ildə səhnədə olmasının 10 illiyini qeyd edəcək Şəbnəm Əsədova yay aylarında hesabat konserti ilə pərəstişkarlarını sevindirməyi qarşısına məqsəd qoyub.
Ailəlidir, 1 qızı var.

Çıxış şərtləri və qiymətləri

(Toy məclisləri, Nişan, Xına yaxdı, Ad günləri və s.)

30 dəqiqə (solo) – sifarişlə
1 saat (solo) – sifarişlə
bütün toy (1 müğənni + 6 nəfər canlı ansambl + 1 səs rejissoru və apparatura) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.

Məlumat