Müraciyyət göndər

Qiymət sifarişlə

Sevda Ələkbərzadə (4 iyul 1977, Bakı, Azərbaycan) — azərbaycanlı müğənni. Caz, xalq musiqisi və muğam janrlarında ifa edir. Musiqiçi kimi fəaliyyətinə 1991-ci ildə başlamışdır.

Sevda Ələkbərzadə 1998-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Musiqili komediya aktyorluğu” fakültəsinə bitirmişdir. 1991-ci ildə o, “Aypara” qrupunda ifaçı kimi fəaliyyətə başlamış, bir il “Aypara” qrupunda çalışdıqdan sonra fərdi ifaçılıqla məşğul olmuşdur. 1993-cü ildə RAST qrupunda solist-ifaçı kimi fəaliyyətə başlamışdır.

Bu dövrdə “Rast” musiqiçilərinin önəmli yeniliyi ondan ibarət idi ki, milli xalq musiqilərini dünya musiqiləri ilə sintez edərək, dinləyicilərə yeni bir üslub təqdim etmişdilər. S.Ələkbərzadə həmin ildə görkəmli muğam ustası Alim Qasımovdan fərdi muğam dərsləri almışdır. 2001-ci ildə “Rast” qrupunun tərkibindən çıxaraq fərdi ifaçılıq fəaliyyətinə başlayan S.Ələkbərzadə bəstəkar Cəmil Əmirovla birlikdə “Demə ki, sevirəm” adlı ilk layihəsi ilə çıxış etmişdir.

Şərhlər

Hələdə şərh yazılmayib

Оставить комментарий
Be the first to review “Sevda Ələkbərzadə”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

очиститьОтправить