Müraciyyət göndər

3,500 azn-dan

Yahyayeva Sevda Təbriz qızı 1985-ci il dekabrın 28-də hərbçi ailəsində Rusiya Federasiyası Amur vilayətinin Konstantinov rayonunda anadan olmuşdur.Orta təhsilini Azərbaycan Respublikası Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə almışdır.Orta təhsil aldığı zaman 1995-ci ildə Qobu 1 saylı musiqi məktəbinin fortopiano bölməsinə daxil olmuşdur.

Ali təhsil almaq üçün Milli konservatoriyanın solo və xanəndəlik (Muğam) fakultəsinə daxil olmuş və hal-hazırda təhsilini bitirib.

Çıxış şərtləri və qiymətləri
(banket tipli tədbirlər ve toy məclisləri)

30 dəqiqə (solo çıxıs)  – 3500 azn (Bakı)
1 saat  (solo çıxıs) – sifarişlə
bütün toy  (Yahyayeva Sevda + 1 müğənni + 6 nəfər canlı ansambl + 1 səs rejissoru və apparatura) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.

Məlumat

Yahyayeva Sevda Təbriz qızı 1985-ci il dekabrın 28-də hərbçi ailəsində Rusiya Federasiyası Amur vilayətinin Konstantinov rayonunda anadan olmuşdur.Orta təhsilini Azərbaycan Respublikası Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə almışdır.Orta təhsil aldığı zaman 1995-ci ildə Qobu 1 saylı musiqi məktəbinin fortopiano bölməsinə daxil olmuşdur.

Ali təhsil almaq üçün Milli konservatoriyanın solo və xanəndəlik (Muğam) fakultəsinə daxil olmuş və hal-hazırda təhsilini bitirib.

1998-ci ildə ilk dəfə efirə Azərbaycan Televiziyasinda yayımlanan İSTEDAD SORAĞI verilişində çıxış edib.

2002-ci ildə Lalə qızlar ansamblına daxıl olmuş və ilk müəlliməsi Azərbaycanın xalq artisti Ceyran Haşımova olmuşdur.

2005-ci ildə Azad Azərb aycan telekanalında yayımlanan YENİ ULDUZ müsabiqəsinə qatılmış və müsabiqəni 3-cü yerdə uğurla başa vurmuşdu.

2007-ci ildə İlk bəstəkar mahnısı sözləri Leyli və musiqisi Pərviz Mahmudova məxsus olan ’’ O ZAMAN ‘’ adlı mahnısıyla gündəmə gəlmişdir.

2008-ci ildə müğənni karyerasının ilk ’’ O ZAMAN ‘’adlı albomu işıq üzü görüb.Bu illər ərzində albomunda yer alan ‘’ O ZAMAN ’’ adlı mahnısına klip çəkdirmişdir.

2009-cu ildə ’’ SƏNSİZ ‘’ adlı mahnısına klip çəkdirmişdir.

2010-cu il yanvarın 22-də Gənc tamaşaçılar teatrında xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrı ilə birlikdə ” Eşqimdə tapmışam Səadətim ” adlı solo konsertini vermişdir.

Azərbaycanı ölkə hududlarında layiqincə təmsil edən müğənni Rusiya Federasiyasının Kislovodsk şəhərində keçirilən ” XXI əsrin Kumiri ” adlı festivalda Grand Pri-yə layiq görülmüşdür.

2011-ci ildə ” Eşqimdə tapmışam səadətimi ’’ adlı solo konsertinin diski (CD/DVD) və ikinci “DİNLƏ” adlı albomu işıq üzü görüb.

2011-ci ildə “Tut əlimdən” və “Tiq Tıq Xanım” mahnılarına və bundan əlavə Türkiyənin İstanbul şəhərində “Gecdir daha” – adlı mahnısına klip çəkdirmişdir

2011-ci ildəYuxu adlı solo konsert proqramını həyata keçirmişdir

2012-ci il Fevral ayının 18-də Heydər Əliyev adına sarayda “Tut Əlimdən” adlı solo konsertini keçirmişdir

2012-ci il Aprel ayının 26-da “Eşqimdə tapmışam səadətimi” adlı solo konsert proqramına görə İlin Konserti nominasiyası üzrə Grand mükafatına layiq görülmüşdür.

2012-ci il İyun ayının 10-da Rafetel Roman ilə birlikdə konsert keçirmişdir.

2012-ci il Sentyabк ayının 8-də Dj Erdi Erdoğan ilə birlikdə konsert keçirmişdir.

2012-ci il oktyabr ayında Sevənlərin Ulduzu adlı albomu işıq üzü görüb

2012-ci il oktyabr ayında sözləri Aygün İsmayılova və müsiqisi Pərviz Mahmudovaya aid Sən adlı mahnısına Batumidə klip çəkilmişdir.

Şərhlər

Hələdə şərh yazılmayib

Оставить комментарий
Be the first to review “Sevda Yəhyayeva”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

очиститьОтправить