Müraciyyət göndər

Qiymət sifarişlə

Şələqoy (Russian – Шалахо – Şalaxo, Georgian – კინტოური – Kintouri. Azərbaycanlıların ən çox sevdikləri kişi rəqsidir. Onu həmişə böyuk həvəslə oynayırlar. Rəqsə ifaçılar özünü bütün ustalığını və məharətini göstərməli olurlar. “Şalaxo” ən qədim Azərbaycan rəqslərindən biridir. Azərbaycan xalq oyun havası. Sözün etimologiyası bu şən, nəşəli və qıvraq rəqs musiqisinin mənşəyini aydın surətdə bəlliləşdirir: Şalaxo şələküm (daha doğrusu, şələ yüküm) sözünün illər ərzində çox işlədilərək təhəvvül və təhrif olunmuş bəsit şəklidir.

Hələ qədim zamanlardan bəri, azəri xalq oyunbaz və masqaraçıları, o cümlədən ayı və ya meymunoynadanlar şəhər və kəndləri gəzərək heyvanlarına öyrətdikləri müxtəlif hərəkətləri tamaşaçılar qarşısında nümayiş etdirmişlər. Bütün bu tamaşa ayı ya da meymunoynadanın çahargah muğamı kökündə avaz ilə oxuduğu mahnısı ilə müşayiət edilmişdir. Sonralar bu mahnı sazəndələrin nəzər diqqətini cəlb etmiş, onlar əsil virtuoz musiqi tərzində işləmiş və bizə məlum Şalaxo oyun havasını yaratmışlar.

 

Şalaxo rəqsi əsasən toy, nişan, xına yaxdı mərasimlərində sifariş olunur. Rəqs qrup şəklində əsasən kişi rəqqasları tərəfindən ifa olunur.

Sifariş üçün əlaqə nömrəmiz – +994 50 6627890

 

Məlumat