Müraciyyət göndər

Qiymət sifarişlə

Tərəkəmə – Azərbaycan xalq rəqsi. Ritmik rəqslərə aiddir.
Rəqs oyun havaları arasında şən ifa edilən rəqslərdən biri də «Tərəkəmə»dir. Bu rəqs adından göründüyü kimi, köçəri maldarların bayram şənliklərində, toylarda ifa etdikləri rəqslərdən biridir. Sözügedən musiqini bir çox Azərbaycan, o cümlədən xarici ölkə bəstəkarları öz əsərlərində istifadə ediblər. Hadisələrin baş verdiyi dövrü dəqiq müəyyənləşdirmək çətindir. Elə bir dövrdür ki, Mil və Muğan düzləri üçün motor səsləri, içi burma oyruqlu tüfəng lülələri uzaq bir gələcəkdir. Tərəkəmə həyatının XVI-VXII yüzilliklərini güman etmək mümkündür. Tərəkəmələrdə olmasa da, odlu silah artıq var. Dilləri ayrı, silahları ayrı, arabaları ayrı, atları, geyimləri ayrı yağının silahları içərisində top da var, tüfəng də. Hər bəy öz ərazisinin ağasıdır, hakimidir.

Məkan məlum və dəqiqdir: Xançobanın mənsub olduğu Huleylilər Araz sahillərinə yaxın bir ərazidə — gündoğan tərəfdə, Sarayın mənsub olduğu Şahsəvənlilər isə Kürün o biri sahilində, Muğan düzündə — günbatan tərəfdə məskən salmışlar. Araları o qədər də uzaq deyil.

Hadisələrin əsasında xalq əfsanəsindən, məşhur Apardı sellər Sarayı mahnısından bildiyimiz Xançoban — Saray əhvalatı durur.

 

Tərəkəmə rəqsi əsasən toy, nişan, xına yaxdı mərasimlərində sifariş olunur. Rəqs qrup şəklində qadım və kişi rəqqasları tərəfindən ifa olunur.

Sifariş üçün əlaqə nömrəmiz – +994 50 6627890

 

Məlumat