Müraciyyət göndər

Qiymət sifarişlə

Teymur Həşim oğlu Əmrah — Azərbaycanın görkəmli estrada müğənnisi, musiqi tərtibatçısı, Azərbaycan Respublikasının əməkdar artisti (14 sentyabr 2012).

Məlumat

Teymur Əmrah 1971-ci ildə Gəncə şəhərində anadan olub. Klassik mahnıların mahir ifaçısı Teymur Əmrah uşaq evində böyüyüb. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarembovun sinfini bitirib. İlk rəsmi SSRİ milyoneri Cənnət Əliyevin Müstəqil “Təbriz” kooperativinin təqaüd verdiyi 100 nəfər Azərbaycan gəncindən biri də Teymur Əmrah olub. 1990-cı ildə BMK-nın vokal sinfinə daxil olub. Firudin Mehdiyevdən dərs alıb. Aktyor sənəti üzrə Məlik Dadaşov, Şəfiqə Məmmədovadan dərs alıb. 1985-ci ildə Ümumittifaq Estrada müsabiqəsindəlaureat olub. H. Əliyev adına sarayda solo konserti keçirilib. 2005-ci ildə Azəri Star layihəsində vokal müəllimi kimi fəaliyyər göstərib.

İki tələbəsi: (Amil Həsənoğlu, Samir Cəfərov) Prezident təqaudçüləri olub, Qızıl Kitaba düşüblər. Ayaz Qasımov, Lalə Məmmədova, Elton Hüseynəliyev, Samir Piriyev, İradə İbrahimova, Nəsimi Məmmədov, Zamiq Hüseynov, Sima Qasımova və b. tələbələri olub.

Hal hazırda Azərbaycan Dövlət Milli Konservatoriyasının vokal müəllimi və R. Behbudov adına mahnı teatrının solisti kimi fəaliyyət göstərir. 14 sentyabr 2012 Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülmüşdür.

Şərhlər

Hələdə şərh yazılmayib

Оставить комментарий
Be the first to review “Teymur Əmrah”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

очиститьОтправить