Müraciyyət göndər

Qiymət sifarişlə

Qarabağda Ağdam ilə Göytəpə arasında bir dərə var. Adına “Uzundərə” deyilir. Deyilənə görə bu rəqs məhz həmin dərəyə həsr olunub. Rəvayətə görə Uzundərə tərəkəmələrin düşərgəsi olmuş, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər.
Başqa bir rəvayətə görə isə gəlin apararkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik bir musiqi ilə müşayiət edirmişlər. Oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir dua verərmişlər.
O zamandan başlayaraq toylarda həmin musiqiyə oynamaq istədikdə «gəlini o uzun dərənin içindən apardığımız zaman başlanan musiqini çalın» deyilir. Beləliklə də, «Uzundərə» oyun havası yaranır. Bu oyun havası bir qədər Vağzalıya bənzəyir».
Çox incə və lirik bir melodiyadır. Bəstəkar Üzeyir Hacıbəyli bu musiqidən “O olmasın, Bu olsun” filmində istifadə etmişdir.

 

Uzundərə rəqsi əsasən toy, nişan, xına yaxdı mərasimlərində sifariş olunur. Rəqs duet şəklində qadım və kişi rəqqasları tərəfindən ifa olunur.

Sifariş üçün əlaqə nömrəmiz – +994 50 6627890

 

Məlumat