1-ci Muğam Televiziya Müsabiqəsi

I Televiziya Muğam Müsabiqəsi – Space TV kanalında Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildə keçirilən ilk muğam televiziya müsabiqəsi.

Müsabiqə başlanmazdan xeyli əvvəl, 2005-ci il fevralın 2-də Mehriban xanım respublikamızın adlı-sanlı muğam ustalarını Heydər Əliyev Fonduna dəvət edərək, qədim muğam sənətimizin qorunub-saxlanması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, nəhayət, muğamın inkişafı, yeni ifaçılar nəslinin yetişdirilməsi naminə çox dəyərli layihələr irəli sürmüşdür.

“Space” Müstəqil Teleradio Şirkəti də bu təşəbbüsə qoşularaq, Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunmuş muğam televiziya müsabiqəsi keçirməyi qərara almışdır. Muğam sənətinin ən mahir bilicilərindən ibarət münsiflər heyəti Azərbaycanın bütün bölgələrindən 500-ə yaxın gənc ifaçı dinləmiş və onların içərisindən 20 iştirakçı seçmişlər. Noyabr ayının 21-dən başlanmış müsabiqənin gedişi birbaşa efirdə 100 saatdan artıq yayımlanmışdır.

İyunun 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında finalçılarının yekün konserti olmuşdur.

Aparıcılar

  • Firdovsi Atakişiyev
  • Xədicə Sənanqızı

Münsiflər heyəti

  • Nadir Axundov – muğam televiziya müsabiqəsinin layihə müəllifi
  • Arif Babayev – Xalq artisti
  • Ağaxan Abdullayev – Xalq artisti
  • Ramiz Quliyev – Xalq artisti
  • Mənsum İbrahimov – Xalq artisti
  • Möhlət Müslümov – Xalq artisti
  • Ramiz Zöhrabov – əməkdar incəsənət xadimi, professor
  • Həkim Qənin – şair

İfaçıları müşayiət və çıxışların hazırlanması

  • Elçin Həşimov – tarzən
  • Elnur Əhmədov – kamança çalan
  • Kamran Kərimov – nağaraçı

İştirakçılar (Finalçılar)

  1. Təyyar Bayramov (Qalib, 1-ci yer) – diplom, 2000 azn.
  2. İlkin Əhmədov (2-ci yer) – diplom, 1500 azn.
  3. Babək Niftəliyev (3-cü yer) – diplom, 1000 azn.
  4. Vəfa Orucova – diplom, 500 azn.
  5. Qoçaq Əsgərov – diplom, 500 azn.
  6. Elnur Zeynalov – diplom, 500 azn.
  7. Elşad Aydınoğlu – diplom, 500 azn.
  8. Pərvaz İbrahimli – diplom, 500 azn.
  9. Zülfiyyə Məmmədova – diplom, 500 azn.
  10. Aytən Məhərrəmova – diplom, 500 azn.
  11. Bəyimxanım Vəliyeva (Mirzəyeva) – diplom, 500 azn.
  12. Gülnar İsayeva – diplom, 500 azn.
Estradamızın artistləri