Avroviziya Milli Seçim Turu 2008 – Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsilçi seçməq məqsədi ilə Milli seçim turu İctimai televiziya tərəfindən keçirilmişdi.
2 fevral 2008-ci il tarixində Heydər Əliyev adına İdman Konset Kompleksində “A Land of Fire” adlı bir şou keçirildi ki, həmin şouda 2008 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı kimin təmsil edəcəyi məlum oldu. Həmin şoudan sonra bilindi ki, Azərbaycanı 2008 Avroviziya Mahnı Müsabiqəsində Elnur Hüseynov və Samir Cavadzadə təmsil edəcək.
Milli Seçim Turun 2008 peşəkar Münsiflər heyəti
- İsmayıl Ömərov – İTV-nin baş direktoru
- İbrahim Quliyev – Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru
- Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru
- Mixail Qusman – “İTAR-TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini
- Lalə Kazımova – Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti
- Vaqif Gərayzadə – bəstəkar
- Eldar Mansurov – bəstəkar
- Afaq Məlikova – Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbərir
- Azad Əliyev – dirijor
- Murad Adıgözəlzadə – Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru
- Rauf Babayev – “Qaya” Dövlət Ansamblının bədii rəhbəri
- Natavan Şeyxova – müğənni
- Təranə Muradova – xalq artisti və rəqqasə
Milli Seçim Turun 2008 Aparıcıları
- Leyla Əliyeva
- Hüsniyə Məhərrəmova
Azərbaycanda Milli Seçim Turu 2007-2008 əsasında Elnur Hüseynov və Samir Cavadzadə seçilmişdir.
Azərbaycanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən duet müsabiqədə ifa etdiyi «Day After Day» mahnısı finalda 132 xalla 8-ci olmuşdur.
Final 2 fevral 2008
- Elnur Hüseynov və Samir Cavadzadə – Qalib
- Unformal
- Aygün İskəndərli
- Xəyyam Mustafazadə – finaldan öncə namizədliyini geri çəkib
- Cəbrayıl Rəsulov – finaldan öncə namizədliyini geri çəkib
- Aytac Cəfərova – finaldan öncə namizədliyini geri çəkib
- Erkin Osmanlı – finaldan öncə namizədliyini geri çəkib