Xəyyam Mustafazadə – Azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2013), Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin Baş Solisti.

Xəyyam Mustafazadə Xaqani oğlu — 4 fevral 1987-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Evlidir. 3 oğlu var.

1993–2004 ilədək 126 saylı orta məktəbdə oxumuşdur. Uşaqlıqdan musiqiyə və incəsənətə maraq göstərmişdir. 9-cu sinifdə oxuyarkən Bakı şəhərin rayonlarının məktəblərarası vokal konkursunun qalibi olmuşdur.

2002–2003-cü illərdə Üzeyir Hacıbəyov adına Konservatoriyada şəxsi müəllim tərəfindən vokal dərsləri almışdır.

2004-cü ildə yüksək balla da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur.

2005-ci ildə (II kurs) ÜNS Yaradıcılıq Mərkəzinin solisti olmuşdur. ÜNS Yaradıcılıq Mərkəzinə dəvət olunmuş professorlar tərəfindən vokal dərsləri, xareoqrafiya və aktyor sənəti öyrənmişdir.

2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən “Akademiya” realiti-şousunun qalibi olmuşdur. Dövlət tərəfindən təşkil olunmuş çoxsaylı xeyriyyəçi tədbirlərdə iştirak etmişdir.

2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistraturasına “Musiqili teatr və kino aktyoru” fakültəsinə daxil olmuşdur.

2009-cu ildə 42 ölkənin nümayəndələrinin iştirak etdiyi Moskva-Tranzit-Moskva festivalında Ən yaxşı səs nominasiyasının qalibiolmuşdur. (Jurinin sədri J. O. Kobron).

Avroviziya Milli Seçim Turu 2011 iştirakçısı olub, East Groove qrupunun tərkibində.

Avroviziya Milli Seçim Turu 2012 yarımfinalçısı olub.

2007–2018-ci illərdə respublika və xarici ölkələrdə keçirilən dövlət tədbirlərinin iştirakçısı olmuşdur. Parisdə, Moskvada, Bankqoqda, İstanbulda, Sankt-Peterburqda və Həştərxanda öz ölkəsini təmsil etmişdir.

25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Respublikanın Əməkdar artisti adı ilə təltif olunmuşdur.

2018-ci ildə Moskva şəhərində keçirilən 32 ölkə iştirakçısı olan IV Beynəlxalq Hərbi Oyunları mahnı müsabiqəsinin qalibi olmuşdur.

2014–2018-ci illərdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının və Estrada-Simfonik Orkestrinin solisti olmuşdur. Hal-hazırda ÜNS Yaradıcılıq Mərkəzinin və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Orkestrinin solistidir.

Müğənni Xəyyam Mustafazadə – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.

    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +994 70 2571751 - Birbaşa əlaqə

    BiZƏ YAZIN