İmran Dadaşov – Azərbaycanlı müğənni.
İmran Dadaşov 1985-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub.
2000-ci ildən 2003-cü ilə qədər O, “Dərviş” təxəllüsü ilə replə məşğul olub və Anar Nağılbaza repçi ailəsinin üzvü olub. Bakıda və Sumqayıtda müxtəlif rep döyüşlərində iştirak edib.
2003-cü ildə özünü pop musiqisində sınamağa başladı və “Cool” qrupunu təşkil etdi.
2006-cı ildən 2011-ci ilə qədər Moskvada yaşayıb işləyirdi. Bu zaman o, “Ulduz fabriki” layihəsində iştirak etdi və Konstantin Meladze tərəfindən hərarətlə qarşılandı. Amma müsabiqənin şərtlərinə görə layihədə yalnız Rusiya Federasiyasının vətəndaşları tam şəkildə iştirak edə bilərdi. Buna baxmayaraq, İmran musiqi karyerasını davam etdirdi və Moskvadakı Azərbaycan diasporunun siması idi. Bu müddət ərzində müğənni BahTee ilə duetdə işbirliyi olub.
2011-2011-ci illərdə İmran Ukraynada yaşayıb və Mariupolda keçirilən “Səsin qiyməti” musiqi müsabiqəsində iştirak edib. Yerli televiziya və radio kanalı Best FM-in qalibi və ulduzu olur.
2011-ci ildə doğma Bakıya qayıdaraq “Yeni Ulduz 2011” müsabiqəsində iştirak edərək 2-ci yeri tutmuşdur. Elə həmin il Univision layihəsində (Bakıda universitetlər arasında keçirilən musiqi yarışması) 4-cü yeri tutmuşdur.
2013-2014-cü ilin sonuna qədər Twenty Five qrupunun solisti oldu. Bu müddət ərzində İmran öz musiqi üslubunu və ifa formatını tamamilə formalaşdırıb.
2015-ci ilin əvvəlindən o, öz musiqi qrupunu təşkil edir və öz karyerasını davam etdirir.
2015-ci ilin sentyabr ayından məşhur dünya müsabiqəsi “The Voice of Azerbaijan”ın iştirakçısı olub və Tünzəli Ağayevanın komandasında yarıçfinalçısı olub.
Əsas musiqi janrları – POP, R&B, Soul, Funk
Hal-hazırda öz solo karyerasını davam edir.
Müğənni İmran Dadaşov – Şərtlər və Qiymətlər
Toy, Nişan, Ad günü, Ziyafət və sairə
30 dəqiqə (solo) – sifarişlə
1 saat (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət (ansambl) – sifarişlə
Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.