Nərmin Kərimbəyova – Azərbaycanlı müğənni, aktrisa.

Nərmin Kərimbəyova 1985-ci il yanvar ayının 24-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

2001-ci ildə 167 saylı məktəbdə orta təhsilini tamamlayaraq, 2001–2005-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində ilk ali təhsilini almışdır.

2006-cı ildə Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA ROLİ) Bakı ofisində Layihə Direktoru vəzifəsində çalışmaya başlamışdır. Daha sonra ali təhsilini 2008–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində davam etdirmiş və MBA Dərəcəsi ilə universiteti bitirmişdir. Bununla paralel olaraq, 2009-cu ildə Bolqarıstanda keçirilən Beynəlxalq Qadın Haqqları İnstitutunun ilk 2 illik proqramına qoşulmuşdur.

2015-ci ildə Azərbaycan Televiziyasında yayımlanan “Səs Azərbaycan” musiqili şousuna qatılaraq, layihənin yarımfinalına kimi irəlləyə bilib.

2017-ci ildə Bakı şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında “Zirvə” mahnısını ifa etmişdir.
2017-ci ildə növbəti “Həsrətinə yandım” sinqlını təqdim etmişdir. Mahnının sözləri ifaçının özünə aiddir. 2018-ci ildə “Sənin Yoxluğunda” (və ya digər adıyla “Təqvim günləri”) adlı sinqlını təqdim etmişdir. 2018-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə əməkdaşlığa başlamışdır və “Qələbənin yolları” adlı sinqlını təqdim etmişdir. Mahnının sözləri İsmayıl Dadaşova, musiqisi Alxanlıya aiddir. Mahnını Yaşar Baxış aranjiman etmişdir. Klipin reijssoru Ülviyyə Könül və Rövşən Cahangirovdur.
2019-cu ildə Nərminin vizit kartına çevrilən “Belə Dərd olmaz” adlanan sinqlını təqdim edir. Mahnı və mahnıya çəkilən klip ifaçıya böyük səs gətirir. Klipdə ifaçının rəqs elementləri ilə çox saylı reaksiyalar almışdır.

İfaçı 2019-cu ildə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ilk solo konsertini vermişdir.

2020-ci ildə “Yana Yana”, “Boş Vədlər”, “Biraz səbir”, “Xatirələr” sinqlları ilə yanaşı, CİN ləqəbli Ceyhun Zeynalovla birlikdə “Atəş” sinqlını da təqdim etmişdir. İfaçı bu layihədə də Alxanlı, İsmayıl Dadaşov, Yaşar Baxış üçlüsünə müraciət etmişdir. Duetə çəkilən klipin rejissorluğunu isə bu dəfə Rövşən Cahangirov həyata keçirmişdir. İfaçı “Qələbənin yolları” layihəsində olduğu kimi bu dəfə də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə əməkdaşlıq etmişdir. 2020-ci il “Voice of Turan” (Azərbaycanca: Turanın Səsi) Beynəlxalq Səs Müsabiqəsinin qalibi olmuşdur. Müsabiqədə “Xatirələr (Sevə-Sevə)” mahnısını səsləndirmişdir.

2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə növbəti layihəsi olan “Şəhidsiz Zəfər olmaz” layihəsini təqdim etmişdir. Mahnının sözləri Gövhər Həsənzadəyə, musiqisi Alxanlıya, aranjimanı isə Yaşar Baxışa aiddir. Layihəyə çəkilən klipin rejissoru Rövşən Cahangirovdur. 2021-ci ildə “Başqasını Sev”, “Ona Dəyməz”, “O Dünyada”, Samir Bağırovla birlikdə “Yeni Bir Bomba”[13], sözləri özünə aid olan “Верни Любовь” və “Mənə Zaman Ver” mahnılarını təqdim etmişdir.

2021-ci ildə Mir Cəlal Paşayevin “Nazik Mətləb” və “İnsanlıq Fəlsəfəsi” hekayələrinin motivləri əsasında çəkilən “Nazik Mətləb” adlı filmin baş qəhrəmanın ən yaxın rəfiqəsi olan — Ağca rolunu canlandırmışdır. Baş rollarda əməkdar artist Gülzar Qurbanova və “Best Model of the World 2007” müsabiqəsinin qalibi Rüstəm Cəbrayılov çıxış etmidir.

2022-ci ildə bəstəsi Vüqar Camalzadəyə aid olan “Мы Cоберем Cвои Мечты” mahnısını, musiqisi Fərid Kərimli, sözləri Orxan Mürvətliyə aid “Həsrətinə Yandım” mahnısını, söz və musiqisi Nadir NağdPula aid “Gəlsin Tək Onun Səsi” mahnısını təqdim etmişdir. Klipdə ifaçının tərəf müqabili Kuba əsilli “Şöhrət” ordenlı azərbaycanlı boksçu Lorenso Sotomayor rol almışdır.
2022-ci ildə növbəti vətənpərvar mahnısı olan “Müstəqil Azərbaycan” sinqlını təqdim etmişdir. Mahnının sözləri Xalq şairi Vahid Əzizə, musiqisi İsmayıl Əsədova aiddir.

2023-cü ildə ifaçı Qorqud ilə birlikdə Aygün Kazımovanın Sənsizliyim (Qoy İşığı Söndürüm) mahnısının kover versiyasını təqdim etmişdir. 2023-cü ildə söz və musiqisi İlkin Hüseynova aid olan “Dünyalara Bəsdir” sinqlını təqdim etmişdir. Mahnı MTV Azerbaijan-ın rəsmi Top 10 çartına daxil olmuş və ilk pilləyə qədər yüksəlmişdir.

İfaçı 28 avqust 2023-cü ildə “Bu gecə” adlı sinqlını təqdim etmişdir. Mahnının söz və musiqisi İlkin Hüseynova, aranjimanı isə Kray Heavenə məxsusdur. Sənətçi mahnının klipi üçün Fahir Səmədoğlunun kamerası qarşısına keçmişdir.

Müğənni Nərmin Kərimbəyova – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.

    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +994 70 2571751 - Birbaşa əlaqə

    BiZƏ YAZIN