III Televiziya Muğam Müsabiqəsi – AZ TV kanalında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2011-ci ildə keçirilən ikinci muğam televiziya müsabiqəsi.

500 nəfər arasından seçilmiş 20 nəfərin 4 aydan çox davam edən muğam yarışmasında 6 nəfər finala çıxmışdır.

“Muğam Müsabiqəsi-2011”-nin iştirakçılarından 13 nəfəri diplomlarla təltif edilmişdi.

Münsiflər heyəti

  • Nadir Axundov – muğam televiziya müsabiqəsinin layihə icraçısı
  • Əlibaba Məmmədov – Xalq artisti
  • Arif Babayev – Xalq artisti
  • Ağaxan Abdullayev – Xalq artisti
  • Mənsum İbrahimov – Xalq artisti
  • Səkinə İsmayılova – Xalq artisti
  • Ramiz Zöhrabov – əməkdar incəsənət xadimi, professor

İfaçıları müşayiət və çıxışların hazırlanması

  • Sahib Paşazadə – tarzən
  • Toğrul Əsədullayev – kamança çalan
  • Ramin Abdullayev – nağaraçı

İştirakçılar (Finalçılar)

    1. Mirələm Mirələmov (1-ci yer)
    2. Səbinə Ərəbli (1-ci yer)
    3. Məmməd Nəcəfov (2-ci yer)
    4. Kamilə Nəbiyeva (2-ci yer)
    5. Ariz Hüseynov (3-cü yer)
    6. Nigar Şabanova (3-cü yer)
    7. Mustafa Mustafayev (“Tamaşaçı rəğbəti” diplomu)
Estradamızın artistləri