Leyla Ramazanlı – Azərbaycanlı müğənni.

Leyla Nurəddin qızı Ramazanova 1988-ci ilin 30 avqustunda Bakı şəhərində anadan olmuşdur.

Leyla ibtidai təhsilini 132 saylı orta məktəbdə almışdır.

İlk ali təhsilini Azərbaycan Dövlət İqtisad Universtitetinin Beynəlxalq İqtisadi Münasibətlər, ikinci ali təhsilini isə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi Sənəti fakültəsində almışdır.

1991-ci ildən Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının Cücələrim mahnı ve rəqs ansamblında rəqs, piano, vokal dərnəklərində məşğul olub. Cücələrim ansamblı ilə birlikdə dünyanın bir çox ölkələrində Fransa, İspaniya, Türkiyə, Almaniya, Brazilya və s. Azərbaycan incəsənətini təmsil edib.

Eyni ildə Heydər Əliyev adına Sarayda Cücələrim mahnısını ifa edib. 7 yaşındaykən Eldar Mansurovun bəstəsi olan “Vətən” adlı mahnını ifa edib.

1995-2006-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Uşaq Gənclər redaksiyasında “Sehirli güzgü” “Pəncərə” ve başqa verilişlərin aprıcısı olub. İlin müğənnisi, Qran-pri (Qələbə mahnısına görə), İlin klipi, ilin mahnısı və digər mükafatlara layiq görülmüşdür.

2012-ci ildə türk müğənnisi Emre Aydınla birgə Buta Palace-da konsert vermişdir.

Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayında bədii rəhbər, Bakı Şəhər Mədəniyyət Baş İdarəsində menecer, Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında direktor vəzifəsində çalışmışdır.

Hal-hazırda Dövlət Sərhəd Xidmətinin Mədəniyyət mərkəzində çalışır. 18 klipi, 40-dan çox mahnısı var.

2019-cu ildə ailə həyatı qurmuş, bir oğlu var.

Müğənni Leyla Ramazanlı – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.

    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +994 70 2571751 - Birbaşa əlaqə

    BiZƏ YAZIN