Nigar Şabanova – Azərbaycanlı müğənni, Azərbaycanın əməkdar artisti (27.05.2018).

Nigar Şabanova 11 dekabr 1988-ci ildə Bakı şəhərində anadan olub. 111 nömrəli tam orta məktəbdə təhsil alıb.

2000-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olmuşdur. Qəzənfər Abbasovun sinfində təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Solo oxuma ixtisasında oxuyub.

2007-ci ildə “Xalq ulduzu 1” televiziya layihəsində iştirak edib.

2011-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “3-cü Muğam Televiziya Müsabiqəsi 2011“-də iştirak edib və 3-cü yerə layiq görülüb.

İlk xarici səfəri Fransaya olub. Sonradan İtaliya, Norveç, Argentina, Yunanıstan, İspaniya, Amerika, Türkiyə, Rusiyada böyük səhnələrdə çıxış edib. Fransada Kann festivalının səhnəsində sinfonik orkestrla çıxış edib.

2018-ci ildə Əməkdar artist adına layiq görülüb.

Özbəkistanın Şəxrisəbz şəhərində keçirilən I Beynəlxalq Muğam Formunda iştirak edib və burada 1-ci yerə layiq görülüb.

Müğənni Nigar Şabanova – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.

    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +994 70 2571751 - Birbaşa əlaqə

    BiZƏ YAZIN