Təyyar Bayramov — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2009).
Təyyar Allahverdi oğlu Bayramov 1976-cı ildin 14 sentyabrında Ağdam rayonunda anadan olub. Muğama uşaq vaxtlarından maraq göstərib.
1982-ci ildə orta məktəbə getmiş 8-ci sinfə kimi təhsilini Ağdamda almış, Qarabağ müharibəsinə görə qalan 2 ilini Ağcəbədi rayonunda davam etdirmişdir.
1993-cu ildən ailəsi ilə birgə Bakı şəhərində məskunlaşmışdır.
1994–1998-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində dərs almışdır. 1999–2000-ci illərdə hərbi xidmətdə olmuşdur.
2003-cu ildə Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olmuş, 2005-ci ildə bitirmişdir. Musiqi kollecində təhsil alarkən peşəkar ifaçılıqla məşğul olmağa başlayıb.
2004-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət almış və ilk olaraq “Leyli və Məcnun” operasında İbn-Salam rolunu ifa etmişdir.
2006-ci ildə Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Şah ismayıl, Vasif Adıgözəlovun “Natəvan” tamaşasında Xanəndə və Aşıq, Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” tamaşasında Xanəndə obrazlarında cıxış etmişdir.
2005-ildən Bakı Humanitar kollecində pedaqoji fəaliyyətə başlamış, 2012-ci ildən Milli kobservatoroya və Milli konservatoriyanın nəzdində Asəf Zeynallı adına musiqi kollecində davam etmişdir. Milli Konservatoriyanın dosentidir. Bir çox elmi məqalələlərin və dərs vəsaitinin müəllifidir.
2005–2006-cı illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən televiziya muğam müsabiqəsində 1-ci yer.
2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə kecirilən ümumrespublika muğam müsabiqasində 1-ci yer.
Eyni ildə ildə Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq muğam müsabiqəsində qran-pri mükafatı.
2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar artist” fəxri adı.
2016-cı ildə Rusiyanın Başqırdıstan vilayətində keçirilən milli musiqilərin Beynəlxalq muüsabiqasində 1-ci yer.
1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatı.
2018-ci ildə “Humay” mükafatı laureatı
31 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.
Xanəndə Təyyar Bayramov – Şərtlər və Qiymətlər
Toy, Nişan, Ad günü, Ziyafət və sairə
30 dəqiqə (solo) – sifarişlə
Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.