Elnarə Xəlilova — Azərbaycan müğənnisi və aktrisası.
Xəlilova Elnarə Sabit qızı 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub.
1987-ci ildə 144 № orta məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Daha sonra təhsilini Milli Konservatoriyada davam etdirib.
13 yaşında ikən anası onu «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti “Bənövşə” uşaq xorununa aparıb və ilk səhnə fəaliyyətini də belə başlayıb. Əfsər Cavanşirovun rəhbərliyi altında həmin xorun solisti olub. Sənətçi sonrada birlikdə çalışdığı Xuraman Şuşalı ilə burada tanış olub.
1999-cu ildə “Qızıl Açar-99” mahnı müsabiqəsinin laureatı olub. 2000-ci ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb. Qrupda çalışdığı vaxtlar Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın və bir çox ulduzların bek vokalisti olub. Qrupdan ayrıldıqdan sonra “Şərq ulduzları” uşaq teatrında çalışıb. Sonradan “Elnarə və onun dostları” qrupunu yaradıb. 2003-cü ildə “SS Production” şırkəti ilə 5 il müddətinə müqavilə bağlayıb və solo karyerasına başlayıb. İlk mahnısı “Sənsizəm” olub. Həmin il “Qəm otağı” adlı ilk klipi işıq üzü görüb. “Gənc Sim”, “Pantene Pro-v” markalarının Azərbaycanda siması olub. Bundan əlavə Özbəkistanda “Nəzakət”, Azərbaycanda istehsal olunan “Məşədi İbad-97” filmlərində baş rol alıb. İndiyə kimi 6 klipi işıq üzü görüb – “Qəm otağı”, “Məhəbbət payım”, “Uzaqlara”, “Yuxulu şəhər”, “Çünki gəncsən”, “Cibdə varsa pul”. 2006-cı ildə ailə həyatı qurub. Həmin il “Məhəbbət payım” adlı solo albomunu buraxıb. “Səbuhi” studiyasında yazılan disk 16 mahnıdan ibarət olub.
Müğənni Elnarə Xəlilova – Şərtlər və Qiymətlər
Toy, Nişan, Ad günü, Ziyafət və sairə
30 dəqiqə (solo) – sifarişlə
Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.