Samir Cavadzadə — azərbaycanlı müğənni. “Şeron” qrupunun keçmiş üzvü, 2008-ci ildə Elnur Hüseynovla birlikdə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə təmsil etmişdir. Həmin müsabiqədə Elnur və Samir dueti 8-ci yeri tutmuşdu.
Samir Cavazadə 16 aprel, 1980 ilində Bakıda anadan olmuşdur. Uşaqlıqdan etibarən oxumağa başlamışdır.
1992-ci ildə №9 musiqi məktəbində təhsil almağa başlamışdır. Azərbaycan xalq musiqisinin ifaçısı, xanəndə sayılır.
1997-ci ildə Biznes Universitetinə “Xarici əlaqələr” fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra 5 il muğam kurslarında oxuyur. 1 il hərbi xidmətdən sonra Vaqif Gərayzadənin “Şeron” qrupunun üzvünə çevrilir.
2006-cı ildə qrupu tərk edir və solo karyeraya başlayır.
2008 Avroviziya Mahnı Müsabiqəsindəki iştirakından sonra Samir Cavadzadə efirdən uzaqlaşır.
2010-cu ildə Samir “Səninlə Birlikdə” (Quci, quci), bəstəsi Ramal İsrafilov olan “İnsafsızlar”, musiqisi Xəyal Rzazadəyə aid olan ”Təkcə Sənə Bağlanıb Qəlbim (Son görüş), “Bu da Son” adlı mahnılar yazır və efirə qayıtmağa başlayır..
2011-ci ilin yanvarında müğənninin prodüseri onun ilk solo konsert verməyi planlaşdırdığını bildirdi. Lakin daha sonrdan bu konsertin ilin sonunda keçirələcəyi bildirildi.
2017-ci ildə ”Şəhər darıxır bizsiz” adlı ifasını təqdim etdi.
Uzun fasilədən sonra 2019-cu il 13 fevral tarixində “Sev Məni” adlı klipini təqdim etmişdir. Baxış sayı qısa müddət ərzində 2 milyonu keçmişdir.
Müğənni Samir Cavadzadə – Şərtlər və Qiymətlər
Toy, Nişan, Ad günü, Ziyafət və sairə
30 dəqiqə (solo) – sifarişlə
Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.