Avroviziya Milli Seçim Turu 2009 – Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsilçi seçməq məqsədi ilə Milli seçim turu İctimai televiziya tərəfindən keçirilmişdi.
2009-cu ildə milli seçimdə Azəri Star, Yeni Ulduz və bir neçə başqa televiziya mahnı müsabiqələrinin iştirakçıları olmuş müğənnilər iştirak edirdi. İctimai Televiziya isə 2009-cu il yanvarın 15-i təmsilçini dəqiqləşdirdi. Yanvarın 15-i İctimai Televiziyanın binasnda Azərbaycanı təmsil edən Aysel Teymurzadənin mətbuata tanıtım mərasimi keçirildi, lakin sonra Arəşin müəllifi olduğu mahnı ilə təmsil olunacağımız məlum olduqdan sonra həmin mahnını Arəşlə Ayselin birgə ifa edəcəkləri dəqiqləşdi.
Milli Seçim Turun 2009 peşəkar Münsiflər heyəti
- İsmayıl Ömərov – İTV-nin baş direktoru
- İbrahim Quliyev – Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru
- Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru
- Lalə Kazımova – Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti
- Murad Adıgözəlzadə – Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru
- Mənzər Nurəliyeva – Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri
- Fərhad Hacıyev – Gənclər və İdman Nazirliyinin nümayəndəsi
Milli Seçim Turun 2009 Aparıcıları
- Leyla Əliyeva
- Hüsniyə Məhərrəmova
Azərbaycanda Milli Seçim Turu 2008-2009 əsasında Aysel Teymurzadə və Araş seçilmişdir.
Azərbaycanı 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən duet müsabiqədə ifa etdiyi «Always» mahnısı finalda 207 xalla 3-cü olmuşdur.