Eldar Qasımov— azərbaycanlı müğənni, Avroviziya Mahnı Müsabiqəsinin 2011-ci ildə qalibi. Azərbaycanda “ilin adamı” (2011).

Eldar Qasımov 4 iyun 1989-cu ildə Bakı şəhərində anadan olub. Ata xətti ilə ulu nənəsi – SSRİ Xalq Artisti Mərziyyə Davudova, ulu babası – aktyor və Azərbaycanın ilk kinorejissorlarından biri, Azərbaycan SSR Əməkdar Artisti Abbas Mirzə Şərifzadə, nənəsi – Azərbaycan SSR Xalq Artisti Firəngiz Şərifovadır.

1995-2006-cı illərdə Bakı şəhəri, 160 saylı orta məktəbdə təhsil almışdır. 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbinin fortepiano sinfində təhsil almış və məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2008-ci illər tələbə mübadiləsi proqramı üzrə keçirilən müsabiqədə qalib gəlmişdir. Almanca sərbəst danışa bilir və bir neçə ay Almaniyada yaşamışdır.
2008-ci ildə alman vokal məktəbində aktyor ustalığı və səhnə nitqini öyrənmişdir. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin tələbəsi olmuşdur. Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil almışdır. Universiteti qırmızı diplomla bitirmiş, 2010-cu ildə isə BSU-nun beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunmuşdur.

Müğənni Eldar Qasımov – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN