Samira Rəcəbli (Jazzy) – Azərbaycanlı müğənni.
Əsas ifa janırlar – azərbaycan estradası, jazz, pop.

Samira Jazzy, tam adı ilə, Samirə Rəcəbəli qızı Rəcəbli 1 dekabr 1980-ci il tarixində Bakı şəhərində doğulub. Uşaqlıqdan musiqi duyumu ilə fərqlənib, uşaqlıqdan eşitdiyi musiqiləri pianoda ifa etməyə başlayıb.

6 yaşında Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinifinə qəbul olunub.

1998-2002-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin filologiya fakültəsi – ingilis dili tərcüməçisi üzrə təhsil alıb. Tələbəlik illərində universitetin mədəni kütləvi tədbirlərində iştirak edib. Belə ki, öncə “Ladies” komandasının tərkibində “7 Gözəl” layihəsində çıxış edib, daha sonra isə Şən və hazırcavablar klubunun “ABU” komandasında 3 dəfə ölkə çempionluğunu qazanıb.

1999-cu ildən bəstəkar və pedaqoq Nailə Mirməmmədlidən vokal dərsləri alıb və 2004-2005-ci illər arasında onun yaratdığı “Kapriz” qrupunun solistlərindən biri olub.

Samira Jazzy Back vokalistdir. Abbas Bağırovun “Yeni il gəlir” (2002), Rüfət Mehdiyevin “Odlar yurdum” (2003), Elmir Dəyirmanın “Tək sənə görə” (2015), Mahir Zeynalovun “Yandım” (2016), Amil Həsənoğlunun “O gözlər” (2017), Cavid Məmmədovun “Saçlarının ətri”, “Bir gün” (2019) və Fuad Musayevin “Xəzərin sahilində” mahnılarının back vokalında onun səsini eşitmək olar.

2008-ci ildən dublyaj və səsləndirmə sahəsinin tanınan səslərindən hesab olunur. Televiziya və radioda yayımlanan reklam çarxları, çağrı mərkəzləri, sənədli filmlər, cizgi filmləri, radio jingle’lar, tədqimat videolarında Samiranın səsini eşitmək olar. Eyni zamanda o, ölkənin nəqliyyat sektorunun bələdçi səsidir.

2017-ci ildə Coşqun Qadaşovun “Coffee Band” qrupunun solisti kimi “Gəl, Günəşim” adlı mahnını ifa edib. 2018-ci ildə Heydər Əliyev Sarayında keçirilən “Jazzeri Bands And Arts” konsert proqramında kubalı musiqiçi Yanssel Castellonun “Los Amigos” qrupu ilə çıxış etmişdi.

2019-2020-ci illərdə ATV kanalında yayımlanan “Yol əhvalatı” verilişinin aparıçısı qismində virtual bələdçi orazını səsləndirib. 2020-ci ildə AVTO FM-də (107.7 FM) “Jazz Vaxtı” verilişinin aparıcısı və müəllifi olub.

Samira Jazzy bir çox kaverlərin ifaçısıdı – “Limanlar”, “Güldür Məni” və “Bir daha” (Orxan Bağırovla duet). Onların arasında ona ən çox uğur gətirən isə, 2020-ci ildə ifa etdiyi “Karvan” qrupunun “Sarı Güllər” mahnısı olub. Samirə Rəcəbli 2020-ci ildə “Əzizim” mahnısının yeni versiyasını dinləyicilərə təqdim edib. Eyyub Yaqubovun repertuarından olan mahnının Rəcəbli tərəfindən ifasını Elnur Fəttahov müşayiət edib. Mahnı bu müşayiət və ifada yeni tərzdə səslənib. Eyyub Yaqubov, eyni zamanda Samira Jazzy pərəstişkarları mahnının yeni tərzdə səsləndirilməsindən razı qalıblar.

2020-ci ildə Samira Jazzy Orxan Bağırovla birgə Brilliant Dadaşovanın repertuarından “Yaş o yaş deyil” lirik mahnısını ifa edib. Duet pianoçu Elvin Fəridlinin müşayiəti ilə ifa edilmişdir.

Samirə Rəcəbli Azərbaycan bəstəkarı, Əməkdar İncəsənət Xadimi Naili Mirməmmədlinin xatirəsinə musiqi layihəsi həsr edib. 2021-ci ildə pianoçu Nicat Qurbanovun müşayiəti ilə Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayevanın repertuarından “Darıxmışam” mahnısının yeni versiyasını təqdim edib. Musiqinin müəllifi Nailə Mirməmmədli, sözləri Əhmədağa Şahinindir.

2021-ci ildə Orxan Bağırovla daha bir duet işıq üzü görür. Aranjimanı Vüsal Həsənova məxsus olan, Eldar Mansurovun “Bir Daha” mahnısının kaveri kliplə tamaşaçılara təqdim olunur. Komandanın ərsəyə gətirdiyi bu iş, dinləyicilər tərəfindən rəğbətlə qarşılanır. Mahnıda flamenko janrında müraciət olunub, gitarada Elnur Fəttahov, saksafonda Emil Bağırov ifa edib.

2020-2021 İctimai Televiziyada yayımlanan “Fatehin Divanı” verilişinin II mövsümündə “FM Express” qrupunun solistlərindən biri olub. 2021-ci ildə Aytən İsmixanovanın musiqisi, Xanım İsmayılqızının sözlərinə yazılan “Qanadım ol” adlı ilk solo mahnısını və o mahnıya çəkilən klipi tamaşaçıların öhdəliyinə buraxır.

Eyni zamanda, həmin ildə Heydər Əliyev Sarayında keçirilən “Jazz Mix” adlı konsert proqramında çıxış edir. Samira Jazzy Azərbaycanın ruhi və maddi mədəniyyətinin inkişafında verdiyi töhfələrə görə 2021-ci ilin dekabr ayında “Simurq” mükafatına layıq görülüb.

Müğənni Samira Rəcəbli – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.

    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +994 70 2571751 - Birbaşa əlaqə

    BiZƏ YAZIN