Avroviziya Milli Seçim Turu 2010 – Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsilçi seçməq məqsədi ilə Milli seçim turu İctimai televiziya tərəfindən keçirilmişdi.
Milli Seçim Turun 2010 peşəkar Münsiflər heyəti
- İsmayıl Ömərov – İTV-nin baş direktoru
- İbrahim Quliyev – Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru
- Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru
- Lalə Kazımova – Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti
- Murad Adıgözəlzadə – Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru
- Mənzər Nurəliyeva – Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri
- Fərhad Hacıyev – Gənclər və İdman Nazirliyinin nümayəndəsi
Milli Seçim Turun 2010 Aparıcıları
- Leyla Əliyeva
- Hüsniyə Məhərrəmova
Azərbaycanda Milli Seçim Turu 2009-2010 əsasında Səfura Əlizadə seçilmişdir.
Azərbaycanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Səfura Əlizadə müsabiqədə ifa etdiyi «Drip Drop» mahnısı finalda 145 xalla 5-ci olmuşdur.
Yarımfinal 2 fevral 2010
2 fevralda İctimai Televiziya və Radio Verilişləri Şirkəti təntənəli şəkildə milli seçimin yarımfinalını keçirib. Bu yarımfinal mərhələsi Bakıda fəaliyyət göstərən Buta Palasda baş tutub və seçimlərdə bir neçə turdan yarımfinalafinala vəsiqə qazanmış 6 namizəd münsiflər heyəti qarşısında çıxış edib:
- Milk & Kisses
- Elli Miçiyeva
- Azad Şabanov
- Ülviyyə Rəhimova
- Səfurə Əlizadə
- Məryəm Şabanova
Final 2 mart 2010
- Milk & Kisses
- Səfurə Əlizadə – Qalib
- Məryəm Şabanova