Məryəm Şabanova — azərbaycanlı müğənni, 2010 Avroviziya Mahnı Müsabiqəsində milli seçimin finalçısı.

Məryam 1985-ci ildə Bakı şəhərində anadan olub. Yəhudi əsillidir. Uşaqlıqdan musiqi ilə məşğul olub. Orta musiqi təhsili vardır. 2002-ci ildə orta təhsilini bitirdikdən sonra musiqi ilə məşğul olmağa başlamışdır.

2006-cı ildə Məryam ailə həyatı qurub və həyat yoldaşının soyadını götürüb. 2007-ci ildə onun bu nikahdan Daniel adlı oğlu olub. Məhz həmin zamanda Məryəm Şabanova musiqi fəaliyyətini dayandırır. 2012-ci ildə isə onun ikinci oğlu – David dünyaya gəlib.

2009-cu ildə Məryam Azərbaycanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün milli seçim turlarına qoşulur. 2 fevralda keçirilən yarımfinal mərhələsində Məryəm Şabanova uğurla çıxış edir və Azad Şabanovu, Elli Miçiyevanı və Ülviyyə Rəhimovanı geridə qoyaraq Safura Əlizadə və Milk & Kisses qrupu ilə birlikdə finala keçir. Lakin final mərhələsində Məryəm qələbə qazana bilmir və həmin il Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində Safura Əlizadə təmsil edir. Daha sonradan 2010-cu ilin aprel ayında Məryəm Şabanova Rusiyanın tanınmış müğənnisi Qriqori Leps üçün mahnı bəstələyir.

Hal-hazırda Məryam musiqi karyerasına davam edir.

Müğənni Məryam Şabanova – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN