RAST Qrupu — Azərbaycanda, əsasən pop – caz janrında ifa edən məşhur qrup.

Qupun rəhbəri Azərbaycan Respublikasının Əməkdar Artisti pianoçu-bəstəkar, həmçinin aranjemançı Rəşad Haşımovdur.

Qrupun tərkibi (fərqli illərdə olmağla):

Pianoçular – Rəşad Haşımov, Emin Kərimi, Etibar Əsədli, Tərlan Məmmədli
Vokal – İlqar Quliyev, Sevda Ələkbərzadə, Jalə Kərimova, Lamiyə Kərimova
Bek vokal – Cəmilə Haşımova, Emiliya Yaqubova
Solo Guitar – İlham Ələsgərov, Yiğit Şener, Əli İbrahimzadə
Bass Guitar – Ruslan Hüseynov, Emil Həsənov, Nicat Paşazadə
Zərb alətləri – İsgəndər Ələsgərov, Evgeni Manukhin
Perkussiya – Sultan Hüseyn Rzayev
Saksofon – Aydın Zeydullayev
Balaban – Nicat Məsimov
Skripka – Asif Kərimi
Ritm Guitar – Vilayət Qəhrəmanzadə

1993-cü ildə Vaqif Gərayzadənin rəhbəri olduğu ”Aypara” qrupunun 4 üzvü (Rəşad Haşımov (pianoçu), Asif Kərimov (skripka), Vilayət Qəhrəmanzadə (ritm guitar), İlqar Quliyev (vokal)) tərəfindən yaradılmışdır. Bir müddət sonra qrupa İlham Ələsgərov (solo guitar) Sevda Ələkbərzadə (vokal), daha sonralar Ruslan Hüseynov (bass guitar) İsgəndər Ələsgərov (zərb alətləri) Emin Kərimi (pianoçu) qoşulmuşdur.

1993 – 2001 illərdə qrupun solisti Sevda Ələkbərzadə olmuşdur. 1996-ci ildə Fransada keçirilən ”Radio France Internationale” müsabiqəsində 365 qrupdan 11 ən yaxşı qrup adını qazanmışdır.

1997-ci ildə ”Rast” adlı ilk albom tamaşaçılara təqdim olunmuşdur. Bu albomun ən çox sevilən mahnılarından “Gəl Yanıma” və “Ömrün Allahı Sevgidir” kliplərini misal göstərmək olar.

Qrup, 1999-cu ildə H.Əliyev adına sarayda möhtəşəm solo konsertlə tamaşılarını sevindirmişdir.

2000-ci ildə isə ”Rast Dünyası” adlı albomlar tamaşaçılara təqdim olunmuşdur. Bu albomun, ümumilikdə bu dövrün ən çox sevilən mahnısı ”Kaş ki, mən dəniz olaydım” klipidir. Mahnının sözləri Samirə Xasməmmədovaya, musiqisi Rəşad Haşımova aiddir.

Rast Qrupu – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə – sifarişlə
1 saat – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN