Sevda Ələkbərzadə (4 iyul 1977, Bakı, Azərbaycan SSR) — Azərbaycan müğənnisi, caz, xalq musiqisi və muğam janrlarında ifa edir.

Sevda Ələkbərzadə 1998-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Musiqili komediya aktyorluğu” fakültəsini bitirmişdir. 1991-ci ildə o, “Aypara” qrupunda ifaçı kimi fəaliyyətə başlamış, bir il “Aypara” qrupunda çalışdıqdan sonra fərdi ifaçılıqla məşğul olmuşdur. 1993-cü ildə RAST qrupunda solist-ifaçı kimi fəaliyyətə başlamışdır.

2001-ci ildə “Rast” qrupunun tərkibindən çıxaraq fərdi ifaçılıq fəaliyyətinə başlayan S.Ələkbərzadə bəstəkar Cəmil Əmirovla birlikdə “Demə ki, sevirəm” adlı ilk layihəsi ilə çıxış etmişdir.

O, 2002-ci ildə dünyanın məşhur caz ustalarının da iştirak etdiyi beynəlxalq caz festivalında iştirak edərək Azərbaycanı layiqincə təmsil etmişdir.

Sevda Ələkbərzadə 2004-cü ildə yaradıcılığında yeni bir mərhələ olan “Şəbi-Hicran” layihəsi ilə Dövlət Filarmoniyasının səhnəsində solo konsert ilə çıxış etmişdir.

2005-ci ildə Avropa Şurasına Azərbaycanın hədiyyəsi kimi Betxovenin “Sevinc odası” əsəri S.Ələkbərzadənin ifasında muğam caz stilində ilk dəfə təqdim edildi. Həmçinin bu əsərin sinql-diski də buraxıldı.

S.Ələkbərzadə 2005-ci ilin noyabr ayında İtaliyanın Florensiya şəhərində “İnstituto İtalyano” vokal kurslarında təcrübə keçmiş, Roma şəhərinin “Teatro-centrale” salonunda solo konsert ilə çıxış etmişdir.

Fransada keçirilən “Şərqin pop və rok musiqisi”, “Radio France İnternational” müsabiqəsində iştirak edərək 350 iştirakçı qrup arasından seçilmiş 11 ən yaxşı qrup adına layiq görülmüşdür.

Sevda Ələkbərzadə 2010-cu ilin 25-27 mart tarixlərində Fransanın Marsel şəhərində keçirilən “Babel Med Music” dünya festivalında Azərbaycanı təmsil edib.

Sevda Ələkbərzadə həmçinin 2012-ci ilin sentyabrında İsrailin Qüds şəhərində keçirilən beynəlxalq Jerusalem Sacred Music Festival musiqi festivalında Azərbaycanı təmsil etmişdir.

Müğənni Sevda Ələkbərzadə – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN