Aqşin Abdullayev – Azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2017).

Aqşin Abdullayev 2 avqust 1985-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1992-ci ildə Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı orta məktəbə daxil olmuşdur.

2003-cü ildə həmin məktəbi bitirmişdir. Həmin il yüksək nəticələr ilə Bakı Musiqi Akademiyasının “Solo oxuma”, Kalssika fakültəsinə daxil olmuş, 2007-ci ildə akademiyanı fərqlənmə ilə bitirmişdir.

2007-ci ildən “ÜNS” yaradıcılıq sahəsinin solistidir. “ÜNS” yaradıcılıq səhnəsinin ilk tamaşası olan “Bakı” tamaşasında baş rol ifa etmişdir. 2010-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının artistidir.

Bir neçə beynəlxalq müsabiqələrin laureatıdır. Rusiyanın Kruz vilayətində türk xalqları arasında keçirilən “Vostoçnıy Bazar” mahnı müsabiqəsində 1-ci yerin, Qazaxıstanda “Estara” müsabiqəsində 3-cü yerin, Türkiyədə keçirilən “Man Akteniz” mahnı müsabiqəsində isə 2-ci yerin sahibidir. Bir çox dövlət tədbirlərində uğurla iştirak etmişdir. O cümlədən Rusiya, Türkiyə, Cənubi Koreya, Avstriya, Qazaxıstan, Tatarıstan, Gürcüstan və başqa ölkələrdə Azərbaycanı layiqincə təmsil etmişdir.

10 mart 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Əməkdar Artist” fəxri adına layiq görülmüşdür.

14 may 2019-cu ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında ilk solo konsertini verib.

Müğənni Aqşin Abdullayev – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.

    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +994 70 2571751 - Birbaşa əlaqə

    BiZƏ YAZIN