Aqşin Fateh – Azərbaycanlı meyxanaçı, müğənni.

Aqşin Səyyad oğlu Hacıyev 23 oktyabr 1978-ci ildə Gürcüstanın Borçalı şəhərində dünyaya gəlib. O, təhsilini Bakıda alıb. Belə ki, 1984-cü ildə Bakı şəhəri 63 nömrəli tam orta məktəbə daxil olub.

O, 2000-ci illərdən meyxana deməyə başladı və “Fateh” təxəllüsü ilə qısa zamanda populyar oldu. Aqşin Fatehin bir dönəm meyxana aləmində də böyük uğurlar əldə etdiyini qeyd etmək lazımdır. O, “ANS” telekanalında yayımlanan “De, gəlsin! 2001” və “De, gəlsin! 2001-II” adlı məşhur meyxana yarışmasında “Qızıl medal” mükafatını qazanıb.

Aqşin Fateh özünü rejissor kimi də sınayıb. O həmçinin aktyor olaraq da kameraların qarşısına keçib. A.Fateh “Sirat körpüsü” (2007), “Bağışla, gələ bilmədim” (2015) filmləri və 2017-ci ildə isə “ATV” telekanalında yayımlanan “Barama” serialında baş rol oynayıb.

Aqşin Fateh Aygün Hacıyeva adlı xanımla evlidir. Cütlüyün Əli və Səyyad adlı oğulları, Fatimə və Ayşən adlı qızları var.

Meyxanaçı Aqşin Fateh – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.

    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +994 70 2571751 - Birbaşa əlaqə

    BiZƏ YAZIN