Ayaz Babayev – Azərbaycanlı müğənni, aktyor, aparıcı.
Ayaz Babayev 14 aprel 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1999-cu ildə Telman Abbasov adına 225 nömrəli orta məktəbə getmiş 2010-cu ildə həmin məktəbin məzunu olmuşdur. Uşaqlıqdan musiqiyə həvəsi olan Ayaz Babayev məktəbin əksər tədbirlərində çıxış etmişdir. Fəaliyyətinə 2010-cu ildə onlayn radioda DJ kimi çalışmağa başlayıb.
2012-ci ildə Space tv də yayımlanan “Sehrli pərdə” musiqi yarışmasına baş vuran Ayaz Babayev iki münsifin diqqətinə tuş gəlir Xalq artisti Faiq Ağayev və Əməkdar artist Lalə Məmmədova Ayaz Babayevin seçimi Xalq artisti Faiq Ağayev olur. Müsabiqə boyunca Faiq Ağayevdən dərs alan müğənni, vokal dərslərinə başlamaq qərarına gəlir.
2015-ci ildə əksər xitlərin müəllifi olan Muxtar Abseynovla tanış olan Ayaz Babayev ilk ifası olan Çıx Get mahnısını ona hədiyyə etmiş və beləliklə sənətçinin ilk mahnısı işıq üzü görmüşdür.
2015-2025-ci illərdə öz mahnılarına 15 dən çox klip çəkdirib və böyük müvəffəqiyyət əldə edib.
Müğənni Ayaz Babayev – Şərtlər və Qiymətlər
Toy, Nişan, Ad günü, Ziyafət və sairə
30 dəqiqə (solo) – sifarişlə
1 saat (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət (ansambl) – sifarişlə
Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.