Elvin Babazadə – Azərbaycanlı müğənni.
Elvin Babazadə Eldar oğlu 1992-ci il iyunun 16-da Bakı şəhərində anadan olub.
16 mart 2006-ci ildə Türkiyədə, İstanbul şəhəri yaxınlığındakı İzmir şəhərinə gedir. Martın 21-də şəhərdə türk və azərbaycanlı istedadlı yeniyetmələrin çıxış etdiyi konsert keçirilir. İştirakçılar arasında o, Azərbaycanın ən yaxşı istedadlarından biri adlandırılır və fəxri fərman alır.
Martın 23-də bütün komanda ilə birlikdə İstanbula yollanır və orada da konsert salonunda tamaşaçıların sevgisini qazanır. 2006-cı ilin noyabrında o, digər ifaçılarla birlikdə kimsəsizlər evində konsert verir. 2007-ci ildən yeniyetməlik və səsində sınıq olması ilə əlaqədar bir müddət yaradıcılığı dayanıb.
Elvin Babazadə 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olur.
Ona dərs deyən müəllimlər – Azərbaycanın əməkdar artisti İlqar Muradov, Leyla İdrisova, Almaz Ələsgərlidir.
2012-ci ilin oktyabrında Elvin, Eurovision seçim turuna müraciət edir və burada mərhələləri uğurla başa vurur. Beş gün ərzində əsas seçimlərdə istedadını nümayiş etdirir, burada bir çox televiziya tamaşaçılarının rəğbətini qazanır və 3-cü yeri tutur.”
Bu illər ərzində çox sayda xitlər buraxır və müvəffəqiyyət qazanır.
Müğənni Elvin Babazadə – Şərtlər və Qiymətlər
Toy, Nişan, Ad günü, Ziyafət və sairə
30 dəqiqə (solo) – sifarişlə
1 saat (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət (ansambl) – sifarişlə
Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.