Gülay Zeynallı – Azərbaycanlı müğənni.
Gülay Zeynallı Tofiq qızı 10 iyun 1988-ci ildə Bakı şəhərində doğulub. 7 yaşında 30 saylı musiqi məktəbinin muğam sinfinə daxil olub. Paralel olaraq 7 illik fortepiona dərsləri alıb.
1995-ci ildə 263 saylı orta məktəbə daxil olub.
2001-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 7-ci sinfinə daxil olub. 9-cu sinifdən isə Asəf Zeynallı adına Musiqi Kollecində təhsil almağa başlayıb. Daha sonra Milli Konservatoriyada təhsilini davam etdirib. Ustadı xalq artisti Arif Babayev olub.
2007-ci ildə ATV kanalında yayımlanan “Xalq ulduzu 1” yarışmasının iştirakçısı olmuşdur.
2011-ci ildə “Röyamdasan” adlı albomu işıq üzü görüb.
2018-ci ildən Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasıda solist kimi fəaliyyətə başlayıb.
Müğənni Gülay Zeynallı – Şərtlər və Qiymətlər
Toy, Nişan, Ad günü, Ziyafət və sairə
30 dəqiqə (solo) – sifarişlə
1 saat (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət (ansambl) – sifarişlə
Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.