Namiq Qaraçuxurlu – Azərbaycanlı müğənni, meyxanaçı.

Namiq Qaraçuxurlu 8 noyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.

İlk meyxanasını 1993-cü ildə deyən meyxanaçı sonralar müəyyən səbəblərdən bir neçə il sənətinə fasilə vermişdir.

1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub, laureat olmuşdur.[mənbə göstərilməlidir] Fəaliyyəti ilə o gündən mütəmadi məşğul olan meyxanaçının 1999-cu ildə ilk kaseti işıq üzü görüb.

2001-ci ildə “And içmişdik” adlı albomu çıxandan sonra meyxanaçının və meyxana sənətinin həyatında böyük rol oynayan “Rəvayət” klipi çəkilib. Klipinin təqdimatı bir vaxtlar meyxanaçının laureat olduğu Şəhriyar adına mədəniyyət sarayında konsert şəklində səsləndirib. Azərbaycanın müxtəlif bölgələrində konsert verən meyxanaçı 7900 nəfərlik tamaşaçı tutumu olan “Şəfa” stadionunda solo konsert vermişdir. Mütəmadi olaraq Hollandiya, Almaniya, İran və Rusiyanın bir çox şəhərlərində və o cümlədən paytaxt Moskvada konsert vermişdir.

Uzun müddət Aygün Kazımova ilə duet oxumuşdur.

Sözləri Namiq Qaraçuxurluya aid olan “Yine Tek” mahnısını Türkiyənin məşhur sənətcisi Ajda Pekkan ifa etmişdir.

Son illərdə populyar ifalarından olan “Bir arzu tut” adlı mahnısı bir çox sənətçi tərəfindəndə ifa olunmuşdur. Bununla yanaşı “Soyuqdur” və “Ürəyimin oğrusudur” mahnıları bir çox ölkələrdə sevilmiş və YouTube trendinə daxil olmuşdur. Son aylarda “Tez elə” adlı mahnısına Türkiyədə klip çəkdirmiş bir daha ölkə trendində birinci pilləni tutmuşdur.

Müğənni Namiq Qaraçuxurlu – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.

    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +994 70 2571751 - Birbaşa əlaqə

    BiZƏ YAZIN