Nura Suri – Azərbaycanlı müğənni.

Nura Suri (Aynurə Qəzənfər qızı) 1976-cı il aprelin 15-də Bakı şəhərində hərbçi ailəsində dünyaya göz açıb. Müğənninin valideynlərinin hər ikisi — atası və anası Qarabağ Müharibəsi veteranlarıdır. Nura Suri ali təhsillidir. 1991-ci ildə məşhur “İmkan” qrupunda fəaliyyət göstərib.

Şou-biznesə isə 2004-cü ildə möhtəşəm qayıdışı ilə yadda qalıb. Belə ki, Nura İsa Məlikovun “Yol” kompozisiyası ilə şou aləmdə səs yaratdı. Bu uğur Nurada inamı çoxalda bilir və o, həmin mahnıya Kənan M.M-in rejissorluğu ilə klip çəkdirir.

Müğənninin uğurunu amerikalı reper Brendonla olan duet mahnıları – “Əlini çək” bir qədər də gücləndirdi. Müğənni bu layihəsinə görə bir neçə mükafata – “Qrand” və “İlin Mahnısı”na layiq görülüb. Nura ikinci klipini “Sevgilim”ə çəkdirib. “Sevgilim”in rejissorluğu Elxan Cəfərova məxsusdu. Zövq və gözəllik müğənninin yaradıcılıq yolunda az rol oynamayıb – o, nüfuzlu sayılan “BREEZ” kompaniyasının reklam siması seçilib.

Daha sonralar müğənni maraqlı təkliflər alır. O, tamaşaçı qarşısına yeni ampluada – aparıcı kimi çıxır. Müğənni altı ay ərzində həftədə 5 dəfə Lider telekanalında veriliş aparıcısı kimi çıxış edir. Nura Suri eyni zamanda FBİ kompaniyasının və “Krem 21″in siması olub. Müğənninin vətənpərvərlik mövzusunda çəkdirdiyi “Vətənim” klipi də çox böyük müzakirələrə səbəb oldu. Xanım İsmayılqızının musiqisinə çəkilən klipdə Nuranın klip boyu görünməməsi bir çoxları üçün gözlənilməz oldu.

2009-cu ildə Nura Suri “Sanki gecə idi” adlı ilk albomunu buraxdı. Paralel olaraq müğənni “Səndən öyrəndim” mahnısına klip çəkdirib. Fuad Əlişovun çəkdiyi bu klip il ərzində maraqla qarşılandı, yüksək şəkildə qiymətləndirildi. Bir çoxları bu klipi 2009-cu ilin ən maraqlı və keyfiyyətli klipi kimi dəyərləndirdi. Nura Suri özü mahnı da yazır. Müğənni Eltonun ifasında oxunan “Dəli” mahnısının müəllifidir.

Müğənni Nura Suri – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.

    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +994 70 2571751 - Birbaşa əlaqə

    BiZƏ YAZIN