Şəhriyar Musayev – Azərbaycanlı kamança ifaçısı.

Musayev Şəhriyar Vahid oğlu 1988-ci il noyabrın 2-də Sumqayıt şəhərində anadan olub. 1995-ci ildə Mətləb Quliyev adına Sumqayıt şəhər 3 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 2004-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. 2004-cü ildə Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbinin kamança ixtisasını bitirib, 2004-cü ildə Sumqayıt Musiqi Texnikumunun “Xalq Çalğı Alətləri” şöbəsinin kamança sinifinə qəbul olmuş, 2008-ci ildə oranı bitirmişdir. 2008-2009-cu illərdə hərbi xidmətdə olmuşdur.

Şəhriyar Musayev 20 ilə yaxındır Professional olaraq Kamança ifaçılığı ilə məşğuldur.
2013-cü ildə 3-cü Beynəlxalq Muğam Festivalının Laureatı, 2020 ci ildə Online Kamancheh Festivalında 200 simli alət ifaçəsı arasında 1-ci yeri alıb.
2017-ci ildə Tehranda Xatirədir adlı Albomu işıq üzü görüb.
2020-ci ildə Sosial şəbəkə üzərindən KamanTV 2021 ci ildə isə KamanShow layihələrinin müəllifidir.

Azərbaycan Milli aləti Kamançanı Amerika, Braziliya, Yaponiya, Almaniya, Avstriya, Macarstan, Rumuniya, Serbiya, Belgrad, Xorvatiya, Qaqauziya, Bolqarstan, Kazakstan, Qirgizistan, Tatarstan, Gürcüstan, Moskva, İran və s ölkələrdə təbliğ edib.

Şəhriyar Musayev – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

Formata uyğun olaraq  – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN