Şəhriyar İmanov – tanınmış tarzən, Azərbaycanın Əməkdar artisti.
İmanov Şəhriyar Ayaz oğlu 1989-cu il aprelin 21-də Bakı şəhərində anadan olmuşdur. Atası rəssam, anası musiqi müəlliməsi olan Şəhriyarın incəsənət sahəsinə olan marağı və istedadı doğulduğu ailə mühitindən asılı olaraq formalaşmışdır.
O, ilk təhsilini 1994-cü ildə 4 №li musiqi məktəbində alır, ilk uğurları isə 1998-ci ildən başlayır. Məktəbdaxili müsabiqənin I yer qalibi olan Şəhriyar İmanov növbəti ildə Hacı Məmmədov adına 4-cü Bakı şəhər müsabiqəsinin, ardınca isə 5-ci Hacı Məmmədov adına müsabiqənin I yer qalibi olur.
2001-ci ildə ilk solo konsertini verən tarzənin Dövlət Simfonik Orkestrin və xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə çıxışı alqışlara səbəb olur.
2002-ci ildə Bülbül adına orta ixtisas məktəbinə daxil olur və burada təhsil aldığı müddətdə 9-cu Respublika, N.Əliverdibəyov adına daha bir Respublika, K.Səfərəliyeva adınabir başqa Respublika müsabiqəsinin qalibi olur. Göründüyü kimi çəkilən zəhmət və istedad öz bəhrəsini verərək gənc tarzənə bir-birinin ardınca saysız uğurlar gətirir. Bu hələ son deyil. O, həmçinin Qırğızıstanda keçirilən “İssikkul yıldızları” festivalında da qalib olur.
2005-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olan tarzən daha bir qalibiyyətə imza ataraq Əhsən Dadaşov adına Respublika müsabiqəsinin birincisi seçilir, o cümlədən bu illərdə müxtəlif solo konsertlərlə çıxış edir. Nəhayət təhsilinin davamı kimi o, 2011-ci ildəKonservatoriyanın magistr pilləsinə daxil olur.
2013-cü ildə isə sənət yolunda zirvə uğur hesab olunan bir nailiyyət əldə edir. Belə ki, Azərbaycanda keçirilən III Beynəlxalq muğam aləmi festivalının I yerinə layiq görülür. Bundan sonra onun yaradıcılığında xarici səfərlərin sayı artmaqla yanaşı, muğam ifaçısı Qoçaq Əsgərov, caz ifaçısı İsfar Sarabski ilə yaradıcılıq əlaqələri yaranır.
Tarzən Şəhriyar İmanov – Şərtlər və Qiymətlər
Toy, Nişan, Ad günü, Ziyafət və sairə
Formata uyğun olaraq – sifarişlə
Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.