East or West – instrumental musiqi qrupu

“East or West” musiqi qrupu 2011-ci ildə qrupun direktoru həm də kamança ifaçısı olan Məmmədov İlxas tərəfindən yaradılmışdır. Qrupun məqsədi milli alətlərimizi (tar,kamança və qarmon) Qərb musiqi standartlarında ifa etməklə gənclərimizin milli alətlərə marağını artırmaq və eyni zamanda ölkə xaricində milli alətlərimizi təbliğ etməkdir. Biz milli alətlərimizin dünya standartlarına cavab verdiyini sübut etməyə çalışırıq.
Həmçinin qeyd edək ki, ifa etdiyimiz kover musiqilərin lisenziyalarını dünyaca məşhur “Sony Music”
“Warner Music” və başqa leybllardan alan yeganə Azərbaycanı təmsil edən qrupuq. Qrup fəaliyyəti dövründə bir neçə konsertlər və festivallarda iştirak etmişdir.
2012-ci ildə Türkiyənin Yalova şəhərində keçirilən ənənəvi “Uluslararası Halk Dansları ve Müzik” festivalında “Altın Karanfil” mükafatı və ölkəmizdə “İlin Ən Sevilən Yaradıcı Musiqi Qrupu” naminasiyasi üzrə “Odlar Yurdu Milli Mükafatı”-na layiq görülməyimizi, ötən il Heydər Əliyev Mərkəzində baş tutan canlı konsert proqramını və ADA universitetinin dəvəti ilə dünya ölkələrinin universitet rektorlarının qatıldığı “CAMCA 2018 Baku Formu”-nda çıxışımızı qeyd etmək istərdik.

2019-cu ildə isə “Formula 1 Azərbaycan Qran Prisi”-ndə 4günlük konsertimiz baş tutmuşdur. Həmən ildə Azərbaycanın ev sahibliyi etdiyi “EYOF 2019” Avropa Gənclərinin Olimpia Festivalının açılış mərasimində çıxışımızı qeyd etmək istərdik.

East or West musiqi qrupu – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

Formata uyğun olaraq  – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN