Cahan qrupu – vokal trio qrupu.

Cahan qrupu 2010-cu ildə fəaliyyətə başlayıb. Qrup Arzuxan Gözəlovun təşəbbüsü ilə yaranıb, Arzuxan ilk olaraq qrupa Cahid Əlibəyovu dəvət edib. Qrupun adını o zaman Arzuxanla Cahid düşünüb, birgə qərar veriblər. Qrupun digər üzvu isə Ramil Məmmədov olub. Ramil Məmmədov bir müddət sonra ailəsiylə bərabər İsrailə köçdüyü üçün qrupdan ayrılıb. Qrupa 2011-ci ildə Dadaş Tarverdiyev dəvət alıb. Dadaşda 2020-ci ildə ailəsiylə bərabər Rusiyaya köçdüyü üçün qrupdan ayrılır. Qrupa en son qoşulan isə Elşən Osmanov olur. Qrupun ilk ifası “Yenə gəl” mahnısıdır. Mahnının bəstəsi Cavid Cavadoğluna, sözləri isə Mehman Əhmədliyə aiddir. Qrup yarandığı gündən etibarən bütün baxımlı televiziya kanallarına dəvət almışdır. Qrup mütəmadi olaraq Heydər Əliyev fondu və dövlət tədbirlərində daimi cıxış edir. 2012-ci ildən isə qrup prodüser Vüqar Şəfiyevlə birlikdə calışmağa başlayır. Qrupun uğurlarında Vüqar Şəfiyevin rolu böyükdür. Hal hazırda qrupun üzvləri Arzuxan, Cahid və Elşən birgə fəaliyyətlərinə davam edirlər.

Cahan qrupunun solistləri

Arzuxan Alim oğlu Gözəlov, 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1990-cı ildə Sabunçu rayonunun 75 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.
1995-ci ildən Bakıxanov qəsəbəsində Adil İsgəndərov adına mədəniyyət evində xanəndəlik sinifində fəaliyyət göstərmişdir. Oradaki müəllimi Səfa Qəhrəmanov olub.
1995-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olur və buranı 2000-ci ildə bitirir. Arzuxan xalq artisti Əlibaba Məmmədovun tələbəsi olub.
2001-ci ildə Azərbaycan Kooperasiya Universitetinə beynəlxalq iqtisadi munasibətlər ve idarəetmə ixtisasına qəbul olub.
2001-ci ildə “NM” qrupunda fəaliyyət göstərmişdir.
Arzuxan 2005- 2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində xidmətdə olmuşdur və xidmətdə olduğu illər ərzində şəxsi heyətin tədbirlərində həm aparıcı həmdə muğənni kimi fəal iştirak etmişdir.
2007-ci ildə solo fəaliyyət göstərib. Bəstəkar Elçin İmanovla birgə calışıb. 2007-ci ildən 2010-cu ilə kimi Əməkdar artist Teymur Əmrahdan və Qəzənfər Abbasovdan fərdi dərs almışdır.
2010-cu ildən isə Cahan qrupunda fəaliyyətə başlamışdır.

Cahid Şahin oğlu Əlibəyov, 1986-cı ildə Füzuli rayonu, Dədəli kəndinde anadan olmuşdur. 6 yaşında Füzuli rayon məktəbində oxuyarkən, məcburi köckün kimi ailəsiylə birgə Bakıya gelmişdir. Orta məktəbini Suraxanı rayonu, yeni günəşli qəsəbəsində yerləşən 279 saylı orta mektəbdə davam etdirmişdir. 9 yaşından Adil İsgəndərov adına musiqi məktəbində Humayın ansambılından, Bəxtiyyar və Firuzə xanımdan muğam və klassik estradanı oyrənmişdir, sonrasında isə Bəxtiyyar müəllim və onun yoldaşı Firuzə xanım Cahidi Bülbül adına orta ixtisas musiqi məktəbinə aparırlar, orada imtahan verərək Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olmuşdur. Əlibaba Məmmədovdan muğam dərsləri almışdır. Sonrasında isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili komedia aktyorluğuna qəbul olmuşdur. Hacıbaba Bağırov, İlham Namiq Kamal və Rejissor Faiq Zöhrabovdan dərslər almışdır. Bu sırada Teymur Əmrahdanda dərslər almışdır. 2006-ci ildə isə Azəri Star 2006 müsabiqəsində 3-cü yeri tutmuşdur.
2010-cu ildən isə Cahan qrupunda fəaliyyətə başlamışdır.

Elşən Tahir oğlu Osmanov, 1991-ci ildə Göyçay şəhərində dünyaya gelmişdir.
1998-ci ildə Göyçay şəhərində 2 saylı orta məktəbə qəbul olmuş sonrasında isə orta təhsilinə Bakı şəhərində davam etdirmişdir.
2008-ci ildə 3 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada müğənnisi fakultəsinə qəbul olmuşdur. İxtisas müəllimi Respublikanın xalq artisti Yalçın Rzazadə olmuşdur.
2004-cü ildə 11 saylı uşaq musiqi məktəbinin xanəndə sinifinə qəbul olur. Burada isə ixtasas müəllimi Qasım Əliyev olur.
2009-cu ildə Space Tv-də yayımlanan Azəri Star 2009 müsabiqəsində iştrakçı olmuşdur. Müəllimi Respublikanın əməkdar artisti Teymur Əmrah olub.
2017-ci ildə İbrahim Əbilov adına Mədəniyyət mərkəzində estrada vokal müəllimi olaraq işə başlamışdır.
2020-ci ildən isə Cahan qrupunda fəaliyyətə başlamışdır.

Cahan Qrupu – Şərtlər və Qiymətlər

Toy, Nişan, Ad günü, Ziyafət və sairə

30 dəqiqə  (solo) – sifarişlə
1 saat  (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət  (ansambl) – sifarişlə

Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.


    Bizimlə rahat və tez bir zamanda sifariş edə bilərsiz:
    1. Bir zəngə və ya mesaja istənilən artistın qiymətini öyrən
    2. Uyğun tarixi seç və rezerv et!

    +99451 4173570 - Birbaşa əlaqə

    BiZƏ YAZIN