Xumar Qədimova – Azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2017).
Xumar Qədimova 1966-cı il aprelin 26-da Qazax rayonunda anadan olub.
1983–1987-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda “Kütləvi tamaşalar rejissoru” ixtisası üzrə təhsil alıb. Ali təhsil aldıqdan sonra bir müddət Dənizkənarı Bulvarda administrator kimi çalışıb. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda fəaliyyət göstərib.
1997-ci ildə sənət yaradıcılığına başlayıb. Bu günə kimi 200-dən çox musiqi əsərləri səsləndirib. Şifahi xalq ədəbiyyatından başlayaraq, Azərbaycan və Türk ədəbiyyatının hər dövr yaradıcılığına müraciət etmişdir.
2003-cü ildə Türkiyədə keçirilən Azərbaycan müğənniləri arasında ən çox dinlənilən müsabiqədə “Ayrılıq” mahnısına görə “səs sənətçisi” mükafatını almışdır.
2007-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən Maslak TİM konsert sarayında “Bir Can Turkiyə-Azərbaycan” adlı solo konserti ilə çıxış etmişdir.
Eyni zamanda Xumar Qədimovanın bəstələdiyi mahnıları Türkiyənin məşhur müğənniləri Kibariye, Yıldız Tilbe, Kafkaz kardeşləri qrupu və Özbəkistanin Dövlət sənətçisi Sevinc Muminova və başqaları ifa etmişdir.
3 mart 2017-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
2019-cu ildə “Nəsimi İli” ilə əlaqədar Nəsimi kompozisiyasını yaratmışdır.
2021-ci ildə “Nizami Gəncəvi İli” ilə əlaqədar Nizami kompozisiyasını yaratmışdır.
2022-ci ildə “Şuşa İli” ilə əlaqədar Şuşa kompozisiyasını yaratmışdır.
Müğənni Xumar Qədimova – Şərtlər və Qiymətlər
Toy, Nişan, Ad günü, Ziyafət və sairə
30 dəqiqə (solo) – sifarişlə
1 saat (solo) – sifarişlə
Bütöv toy, nişan, ad günü, ziyafət (ansambl) – sifarişlə
Daimi yer – Bakı şəhəri.
Azərbaycanın başqa rayon və şəhərlərində çıxış – mümkündür.